Tarix : 2012 Jul 08
Kod 31411

Bakı mediasının hay-küyləri

Bakı rəsmiləri və KİV-ləri iddia ediblər ki, MTN tərəfindən İrana göndərilən bu iki şəxs Azərbaycan Respublikasının Yazıçılar Birliyinin üzvləridirlər
/Aran Agentliyi

Press.TV kanalının Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən etnik qarşıdurma və çaxnaşma yaratmaq məqsədi ilə İrana göndərdiyi Şəhriyar Hacızadə və Fərid Hüseynin etiraflarını  yayımlamasının ardınca Bakı rəsmiləri və KİV-ləri bu haqda geniş hay-küy qoparıblar.

Bakı rəsmiləri və KİV-ləri iddia ediblər ki, MTN tərəfindən İrana göndərilən bu iki şəxs Azərbaycan Respublikasının Yazıçılar Birliyinin üzvləridirlər.

Bakı saytlarından birində bu iki şəxs haqda iddia edilib ki, Fərid Hüseyn və Şəhriyar Hacızadə dəyiş-düyüş üçün İran tərəfindən həbs ediliblər.

Press.TV kanalı tərəfindən bu iki şəxsin həbsi və həbsin səbəbləri haqda hazırlanan və yayımlanan habelə, Səhər kanalı tərəfindən də efirə gedən reportajda Şəhriyar Hacızadə və Fərid Hüseynin bəzi siyasi hərəkətlər və həssas məkanların fotoşəkillərinin çəkilməsi ilə bağlı MTN-nin tapşırıqlarını yerinə yetirdikləri haqda bəzi qanunsuz hərəkətlərə aydınlıq gətirilib.

Bakı mediaları ümumi fikri yayındırmaq üçün iddia edib ki, bu iki şəxsin üzərindən götürülmüş və cinayət vasitələri kimi təqdim edilmiş əşyalar sadə fotoaparat və sadə telefondan ibarət olub. Halbuki, bu media vasitələri hətta sadə fotoaparatla belə həssas məkanların fotoşəkillərinin çəkilməsinin mümkün olduğuna işarə etməyiblər.

MTN tərəfindən göndərilmiş bu iki şəxsin həbs müddətinin uzadılmasının səbəbləri haqda reportajın yayımlanmasının ardınca Azərbaycan Respublikası hökuməti bir bəyanat yayaraq “Tolişi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun İrana casusluq etməkdə ittiham edildiyini bildirdi. Bundan öncə Hilal  Məmmədov narkotik maddə saxlamaq ittihamı ilə həbs edilmişdi.

  • Yazılıb
  • da (də) 2012 Jul 08