Tarix : 2012 Jul 07
Kod 31412

Fətullayev Azərbaycan Respublikası Baş Prokurorluğunu tənqid etdi

Məhbusların şikayəti əsasən səhiyyə xidmətlərinin yoxluğundandır
/Aran Agentliyi

İnsan Haqları Uğrunda İctimai Hərəkatın sədri Eynulla Fətullayev Bakının 10 saylı təcridxanasına baxış keçirdikdən və məhbuslardan 36-sı ilə görüşüb danışıqlar apardıqdan sonra deyib: Məhbusların şikayəti əsasən səhiyyə xidmətlərinin yoxluğundandır.

Mediaforum-un məlumatına görə, Eynulla Fətullayev Azərbaycan Respublikası Baş Prokurorluğunu tənqid atəşinə tutaraq, həbs müddətinin dörddə üçünü başa vurmuş məhbusların azadlığa buraxılması haqqının görməməzliyə vurulmasına işarə edib və deyib: Yaxşı davranışları barədə sənədlərin olmasına baxmayaraq, Baş Prokurorluq bu məhbusların azadlığa buraxılması ilə razılaşmır.

  • Yazılıb
  • da (də) 2012 Jul 07