Tarix : 2012 Jul 07
Kod 31414

Azərbaycan NATO-nu arxayın etdi

Azərbaycan Respublikası hökuməti Əfqanistanda ordu quruculuğuna 1 milyon Avro ayıracaq. Bu, son günlərdə Bakıda səfərdə olan NATO baş katibinin ...
/Aran Agentliyi

Azərbaycan Respublikası hökuməti Əfqanistanda ordu quruculuğuna 1 milyon Avro ayıracaq.

Bu, son günlərdə Bakıda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın başçılıq etdiyi heyətin Azərbaycan Respublikası rəsmiləri ilə danışıqlarda qərara alınıb.

Bu barədə jurnalistlərə NATO rəsmisi bildirib.

O deyib ki, strategiya baxımdan Azərbaycan NATO ilə möhkəm tərəfdaşlıq münasibətlərini seçib və biz bunu dəstəkləyirik.

NATOİ rəsmisi əlavə edib :”Azərbaycan NATO üçün çox önəmli tərəfdaşdır.”

Ceyms Appaturay deyib : “Prezident Əliyev vəd edib ki, Azərbaycan Əfqanıstanla bağlı bundan sonra da NATO-ya dəstək verəcək.”

Appaturay qeyd edib: "Əfqanıstanla bağlı Azərbaycanla yaxşı əməkdaşlığımız var. Təkcə əsgərlə bağlı deyil, NATO-ya tranzit və yük daşınması yardımı etdiyi üçün də Azərbaycan hökumətinə minnətdarlığımı bildirirəm. “

NATO rəsmisi əlavə edib : "Azərbaycan NATO-nun Əfqanıstana tranzitlə bağlı etibarlı tərəfdaşıdır. Bizim qoşunlar orda bir yerdədir. Azərbaycanla bir yerdə işləyirik. Eyni zamanda, istəyirik ki, Əfqanıstana tranzit yüklərin daşınması iqtisadi cəhətdən Azərbaycana xeyir versin".

NATO nümayəndəsi Ermənistan və Azərbaycan arasında son aylar cəbhə xəttində vəziyyətin gərginləşməsindən narahat olduqlarını ifadə edib. O, NATO-nun münaqişənin həlli ilə bağlı Minsk Qrupunun səylərini dəstəklədiyini vurğulayıb.

Qeyd etmək lazımdir ki, NATO Azərbaycan Respublikasına DQ məsələsinin həllində milli Ordudan istifadəni qadağa edib.

 

  • Yazılıb
  • da (də) 2012 Jul 07