Tarix : 2012 Jul 07
Kod 31415

Fransa erməni soyqırımı qanunundan vaz keçdi

Fransanın sosialist hakimiyyəti bu ölkə prezidentinin vədlərinə rəğmən, Osmanlı hakimiyyəti tərəfindən inkar edilən erməni soyqırımı qanunundan vaz keçdi
/Aran Agentliyi

Fransanın sosialist hakimiyyəti bu ölkə prezidentinin vədlərinə rəğmən, Osmanlı hakimiyyəti tərəfindən inkar edilən erməni soyqırımı qanunundan vaz keçdi.

Lakarva internet qəzetinin məlumatına əsasən, Fransanın xarici işlər naziri Loran Fabius osmanlılar tərəfindən erməni soyqırımının inkarına qadağa qanunun təsdiqlənməsindən vaz keçib. Fransalı nazirin sözlərinə görə bu qanunun Fransa konstitusiyası maddəsinə çevrilməsi üçün cəhdlər faydasız olacaq. Prezident Fransua Uland isə seçkilər zamanı ermənilərə vəd vermişdi ki, qələbədən sonra 1915-1917-ci illərdə osmanlıların erməni soyqırımını inkarına qadağa qanununu təsdiqləyəcək.

Loran Fabius cümə axşamı günü türk həmkarı Əhməd Davudoğlu ilə görüşərək Türkiyənin Fransaya qoyduğu sanksiyaları ləğv etməsilə iki ölkə arasında yeni dövr əlaqələrin başlanacağına inandığını demişdi.

Fransanın keçmiş prezidenti Nikola Sarkuzi bu qanunu təsdiqləməkdən ötrü Türkiyə ilə siyasi-hərbi əlaqələrini asılı vəziyyətə salmışdı.

  • Yazılıb
  • da (də) 2012 Jul 07