Tarix : 2012 Jul 08
Kod 31417

AİP Baş Məclisininin növbəti toplantısı keçirildi

Azərbaycan İslam Partiyasının növbəti Baş Məclisi keçirildi
/Aran Agentliyi

 

 Azərbaycan İslam Partiyasının növbəti Baş Məclisi keçirildi

Baş Məclisdə 29 rayon təşkilatının sədrləri, icra aparatından partiyanın sədr əvəzi Elçin Manafov, sədrin siyasi məsələlər üzrə müavini Akif Heydərli, sədrin birinci müavini İnqilab Əhədli, ictimai məsələlər üzrə sədr müavini Rövşən Əhmədli, Nəzarət Təftiş Komisiyasının sədri Fəyaz Nəbizadə, İslamçıların Hüquqlarının Müdafiə Komitəsinin sədri Natiq Kərimov iştirak etmişlər.İlkin olaraq çıxış edən AİP sədr əvəzi Elçin Manafov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.Baş Məclisdə əsasən aşağıdakı məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir: 1 .Ölkədə ictimai-siyasi vəziyyət və beynəlxalq aləmdə baş verən hadisələr. 2. Ötən Baş Məclisin qərarlarından irəli gələn vəzifələr və onun icrası. 3. Həbs olunan islamçıların hüquqlarının müdafiə vəziyyəti. 4. AİP rayon təşkilatlarında konfransların gedişi, qarşıda duran əsas vəzifələr. 5. Cari məsələlərToplantıda E.Manafov, A.Heydərli, İ.Əhədli, R.Əhmədli, N.Kərimli, F.Nəbizadə ayrı-ayrı məsələlərə dair geniş çıxış etmişlər.Məclis üzvləri çıxışlar ətrafında müzakirələr apararaq fikir və təkliflərini çatdırmışlar.Müzakirələrdə əsas diqqət partiyanın rayon şöbələrində təsis konfranslarının keçirilməsi və qarşıya çıxan bəzi çətinliklər diqqət mərkəzində saxlanmış, qarşıdan gələn prezident seçkilərində partiyanın mövqeyinin müəyyənləşdirilməsi istiqamətində təkliflər irəli sürülməsi nəzərdə tutulmuşdur.Partiyanın Ağstafa rayon şöbəsi sədrinin rayon polis idarəsi rəisi tərəfindən fiziki zora məruz qalması məclis üzvləri tərəfindən pislənmişdir.Azərbaycan İslam Partiyası Baş Məclisi toplantının sonunda bəyanat qəbul etmişdir.

HaqqYolu

  • Yazılıb
  • da (də) 2012 Jul 08