Moskvada mühacir həyatı yaşayan eks-prezident iyulun 7-də axşam saatlarında Bakıya dönüb
/Aran Agentliyi
Moskvada mühacir həyatı yaşayan eks-prezident iyulun 7-də axşam saatlarında Bakıya dönüb.
Eks-prezident Ayaz Mütəllibov Azərbaycana qayıdıb. 20 ilə yaxındır, Moskvada mühacir həyatı yaşayan eks-prezident iyulun 7-də axşam saatlarında Bakıya dönüb. Onu aeroportda qohumları və yaxınları, habelə ASDP sədri Araz Əlizadə qarşılayıblar. A. Əlizadə deyib ki, A. Mütəllibov eks-prezident üçün ayrılmış mühafizəçilərin müşayiəti ilə Bilgəhdəki evinə gedib.
A. Əlizadə bildirib ki, eks-prezident bir neçə gün müddətində qohumları və yaxınlarının əhatəsində olacaq.
Qeyd edək ki, A. Mütəllibovun ölkəyə dönüşü eks-prezident haqqında qanunun qəbul olunması nəticəsində mümkün olub. O, bir qədər əvvəl həmsədri olduğu ASDP-dən və bütövlükdə siyasətdən getdiyini açıqlayıb.
xeber44