Hicab məsələsi həll olmayana qədər, İslamımıza, dinimizə, Quranımıza uzanan xain əllər qət olmayana qədər bizlərdən heç kim susmağı gözləməsin
/Aran Agentliyi
Hicab məsələsi həll olmayana qədər, İslamımıza, dinimizə, Quranımıza uzanan xain əllər qət olmayana qədər bizlərdən heç kim susmağı gözləməsin.
Bu günlər elə günlərdir ki, gərək bu günlərin qədrini bilək. Bu günlər tarixə düşəcək. İndi əsl dindarlarla dırnaqarası dindarlar bir-birindən ayrılır. Həqiqi dindarlar üzə çıxır.
Saqqalsız-bığsız bəzi “mollalar”, “müsəlmanlar” sapı özümüzdən olan baltalardır.
Bir gün gəlib meşə ağaclarının şahı Palıda dedilər: Ey Palıd şah bir dəmir parçası gəlib ağacları qırır. Palıd cavabında deyir: Dəmir bizi qıra bilməz. Gedin diqqətlə baxın. Ağaclar diqqətlə baxdıqda gözləri həmən dəmirin sapına sataşır. Gəlib Palıd şaha xəbər verirlər: Ey Palıd şah dəmirin sapı ağacdandır. Şah cavabında deyir: Dedim axı dəmir bizi qıra bilməz. Sapı özümüzdən olan dəmirlər bizi qırır.
İndi də sapı özümüzdən olanlar meydandadır. İmam Hüseynin ölüm fərmanın “mollalar” verib. Özlərinə müsəlman deyənlər O Həzrəti meydanda tək qoyublar.
Bəziləri bizlərə özlərini dost kimi göstərirdi. Amma bir az imtahan olunan kimi iç üzləri açıldı və qaçıb gizləndilər. Mən heç tanımadığım yeni dostlarla tanış oldum. Nə mən onları, nə onlar məni tanıyırdı. Haqq uğrunda mübarizə bizləri tanış elədi.
Biz hicabı özümüzdən icad etməmişik. Hicab məzhəbindən asılı olmayaraq bütün müsəlmanlarındır. Bu bir İlahi əmrdir.
Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!(Əhzab-59)
Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin)(Nur-31)
Adi insanlara icazə verilmir ki, hicaba qarşı çıxsın. Vəhy müzakirə edilmir.
Hicab nəinki İslamın atributudur, hicab bütün dinlərdə qadınlara vacib buyurulub. Hicab qadınların namusun, iffətin, ismətin qorumaq üçündür.
Şəhvətpərəst insanlar açıq-saçıq qadınlara qarşı öz hisslərini qoruya bilmir. Nəticədə fəsad yaranır.
Biz əgər 19-cu əsrin Avropasına baxsaq hicabsızlıq həmin dövrdədə qınanmışdır. İslamdan qeyri dinlərində hicaba münasibəti yüksək olmuşdur.
Hər kəs öz əslinə, nəslinə qiymət qoyubsa öz namusunu həmişə naməhrəmlərdən qorumuşdur.
Hər kəsin var isə zatında şərafət küfrü,
İstilahati ulum ilə müsəlman olmaz.
Eyləsən tutiyə təlim adati kəlimat,
Nitqi insan olar, özü insan olmaz.(Məhəmməd Füzuli)
Dindarlar da hicab məsələsində geriyə addım atmasınlar. Dinc formada öz etiraz səslərini ucaltsınlar.
Hicab məsələsi həll olmayana qədər, İslamımıza, dinimizə, Quranımıza uzanan xain əllər qət olmayana qədər bizlərdən heç kim susmağı gözləməsin.
Heç kimə icazə verilmir ki, bizim qızlarımızın, qadınlarımızın haqqında söz deyə, nəinki onların hicablarını aça.
Azərbaycan hüquqi, demokratik dövlətdir. Gərəkdir ki, xalqın dediyinin əksinə iş görülməsin. Xalq isə hicab istəyir.
Bizim şəxsiyyətlərlə işimiz yoxdur. Bizim dinimizə qarşı kim çıxsa onunladır işimiz. Hətta yaxınlarımız bu addımı atmış olsa belə öz etirazımızı bildiririk, mövqeyimizi nümayiş etdiririk.
Biz müsəlman ölkəsində yaşayırıq. Dövlətimiz bütün İslam təşkilatlarında təmsil edilib. Bir müsəlman kimi özümüzə qarşı hörmət tələb edirik.
Hər kəsin dünyada dəyərli nəyisə var, amma biz dindarların İslamdan başqa dəyərli heç bir şeyimiz yoxdur. Onu bizim əlimizdən almaq istəyənlərədə laqeyd qala bilmərik.
Siz elə bilməyin biz peşmanıq. Haqqı deyən heç vaxt peşman olmaz. Zindan bizim həyatımızda heç bir şeyi dəyişə bilməz. Allah(c.c) əgər lütf edərək bizi müsəlman kimi qəbul edərsə bu bizə iftixardır. Haqqın yolu heç zaman rahat olmaz. Bu yolda ayrılıq da, itkinlik də, zindan da, şəhadət də vardır.
Mərdi qova-qova şəhid edərlər. Bəziləri bu məsəli belə deyir: “Mərdi qova-qova namərd edərlər”. Xeyr belə deyil. Mərdi heç vaxt namərd etmək olmaz. Münafiqləri qovub namərd edərlər.
Kim nə edirsə əvəzini görəcək. Bizi şərləyənlər heç zaman güman etməsinlər ki, onlar Allahın(c.c) qəzəbindən özlərini qoruya biləcəklər. Bu İlahi qəzəb onları hər yerdə tapacaq. Dağların sərt qayaları, okeanın dərin suları, göyün ənginlikləri, yerin dərin qatında olsalarda belə. Bizlərin buna yəqini var. O zaman onları nə pulları, nə vəzifələri, nədə arxaları müdafiə edəcək. Hətta yalvararaq etirafları, üzrləri onları bu qəzəbdən xilas etməyəcək. Fironlar, Qəzzafilər, Hüsnü Mübarəklər kimi dünyanı tərk edəcəklər.
Bu yolda, Haqq olan yolda təslimçilik yoxdur. Təslimçilik yalnız Allahadır!!!
Hicab Məhbusu Seyid Fəramiz Abbasov
7 saylı cəza çəkmə müəsisəsi
Xeber44.com saytı üçün.