Tarix : 2012 Jul 09
Kod 31450

Əgər Hörmüz bağlansa..

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: “Hörmüz boğazının bağlanması planı masadadır
/Aran Agentliyi

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: “Hörmüz boğazının bağlanması planı masadadır”

“Hörmüz boğazının bağlanması planı masadadır. Ancaq İran xalqı ciddi təhdidlərə məruz qalmadığı təqdirdə, dünyanın enerji ehtiyatlarının 40%-nin keçdiyi bu boğazın bağlanmasına razı deyil”.Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Seyid Həsən Firuzabadi deyib.

Onun sözlərinə görə, yüz millət vəkilinin Hörmüz boğazının bağlanması ilə bağlı tələbi xalqın tələbidir: “Hazırda Hörmüz boğazının bağlanması planı gündəmdədir. Buna səbəb Hörmüz boğazının dünyadakı strateji boğazlardan biri olmasıdır. Hərbçilərin bütün variantları hər zaman hazır olmalıdır”.

  • Yazılıb
  • da (də) 2012 Jul 09