Tarix : 2012 Jul 09
Kod 31451

Tehranda qadın və islami oyanış iclası keçiriləcək

Tehranda dünyanın 80 ölkəsindən 1200 qadının iştirakı ilə qadın və islami oyanış mövzusunda beynəlxalq konfrans keçirilir
/Aran Agentliyi

Tehranda dünyanın 80 ölkəsindən 1200 qadının iştirakı ilə qadın və islami oyanış mövzusunda beynəlxalq konfrans keçirilir.

Qadın və İslami oyanış adlı beynəlxalq konfransın katibi Siddiqə Hicazi İRNA-nın müxbiri ilə müsahibədə deyib: Gələn həftənin 2-ci və 3-cü günləri Tehranda keçiriləcək bu tədbirdə qadınların islami oyanışdakı roluna nəzər salınacaq, təhdidlərin fürsətə çevrilməsi yolları müzakirə olunacaqdır.

Xanım Hicazi həmçinin Tehran toplantısında müsəlman qadınların cəmiyyətdəki həqiqi yeri barədə fikir mübadiləsinin aparılacağını söyləyib.

O qeyd edib ki, İranda qadın və islami oyanış mövzusuna həsr olunmuş konfransın keçirilməsi İslam Respublikasında beynəlxalq tədbirlərin təşkili üçün misilsiz qabiliyyətlərin olmasının göstəricisidir.

 

  • Yazılıb
  • da (də) 2012 Jul 09