Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində ölkə rəhbərliyi ilə parlamentlərarası əlaqələrin inkişafı müzakirə ediləcək
/Aran Agentliyi
Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində ölkə rəhbərliyi ilə parlamentlərarası əlaqələrin inkişafı müzakirə ediləcək.
SalamNews-un verdiyi xəbərə görə, iyulun 7-dən 9-dək davam edəcək səfər zamanı Narışkinin Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ilə görüşü planlaşdırılır.
“Əsas diqqət Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında parlamentlərarası əlaqələrin inkişafına yönəldiləcək”, - mətbuat xidmətinin məlumatında bildirilir.
Spiker Heydər Əliyev Fondunu ziyarət etmək, Bakı Slavyan Universitetinin tələbələri qarşısında çıxış etmək, həmçinin M.V.Lomonosov adına Moskva Universitetinin Bakı filialının məzunlarına diplomlar təqdim etmək niyyətindədir.