Tarix : 2012 Jul 09
Kod 31453

Quba etirazlarının videosunu yayan vətəndaş həbs olunub

Quba xalqının etirazına səbəb olmuş Quba rayon icra hakimiyyəti başçısı Rauf Həbibovun çıxışının videosunu sosial şəbəkələrdə yayan və həmin çıxışa dini məzmunlu ...
/Aran Agentliyi

Quba xalqının etirazına səbəb olmuş Quba rayon icra hakimiyyəti başçısı Rauf Həbibovun çıxışının videosunu sosial şəbəkələrdə yayan və həmin çıxışa dini məzmunlu şərh yazan vətəndaş həbs olunub.

Videoya şərhdə “gözə-göz, dişə-diş” yəni  ziyana-ziyan yazılmışdır.

Bu barədə vəkil Elçin Sadıqov "Turan"a bildirib.

Vəkilin dediyinə görə   istintaq orqanı indiyədək həmin şəxslərlə bağlı müdafiə tərəfinə məlumat verməyib.

Vəkilin fikrincə, bu şəxslərin həbsi “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqovun və baş redaktor Zaur Quliyevin həbsdən azad edilmə ehtimalını çoxalda bilər. Çünki Azərbaycan Respublikası hökuməti bu  jurnalistləri Rauf Həbibovun çıxışını yaymaqda, kütləvi iğtişaşları təşkil etməkdə günahlandırır. İndi görünür ki, jurnalistlər videonu yaymayıb.

E.Sadıqovun sözlərinə görə, martın sonlarından indiyədək Xəyal TV-nin jurnalistləri ilə bağlı hər hansı istintaq hərəkəri aparılmayıb. “Onlar sadəcə istintaq təcridxanasında saxlanılır”, - deyə vəkil bildirib.

Qeyd etmək lazımdir ki,  Martın 1-də Quba rayonunda (Bakıdan 170 kilometr şimalda) xalq aksiyası yaranıb.  Qubada etiraza icra hakimiyyəti başçısının yerli əhalini təhqir edən çıxışının youtube  saytına yerləşdirilməsi səbəb olub. Ümumi kontekstdə sosial vəziyyətlərindən, məmur davranışından narazı insanlar etiraz aksiyası keçirib. Dinc aksiya sonradan hökumətin xüsusiylə  Daxili İşlər Nazirliyi tərəfindən Bakıdan Qubaya göndərilmiş Daxili Qoşunlar və Çevik Polis Alayının  zorakılığı nəticəsində qarşıdurma  xarakteri alıb. Polis  gözyaşardıcı qazdan istifadə edib, cəmiyyətə atəş açıb.  Əhali isə icra başçısının evini, yardımçı tikililərini yandırıb. Daxili qoşun hissələri ilə qarşıdurma olub. Etirazçılar polis qüvvələrinə daş, asfalt parçaları və kəsəklərlə hücum çəkib. Sonra İcra başçısının vəzifədən azad  dilməsi  insanların evlərinə dağılmasına səbəb olub.

  • Yazılıb
  • da (də) 2012 Jul 09