Beynəlxalq Haqq və Ədalət Assosiasiyasının Azərbazcanda korrupsiya halları ve İnsan haqqlarının pozulmasına etraz olaraq İsveçrə Bern təşkil etdiyi mitinqdə bildirilib ki...
/Aran Agentliyi
Beynəlxalq Haqq və Ədalət Assosiasiyasının Azərbazcanda korrupsiya halları ve İnsan haqqlarının pozulmasına etraz olaraq İsveçrə Bern təşkil etdiyi mitinqdə bildirilib ki, Azərbaycan Respublikasından hələdə xarici ölkələrə davam edən mühacirətin səbəbi hakimiyyətin korrupsiyalaşması və rüşvətin görünməmiş dərəcədə inkişafıdır.
Mitinqin qətnaməsində vurğulanıb : İşsizlik həddinin yüksək olması səbəbindən bu gün azərbaycan insanı adi formada normal qidalanmaq imkanına malik deyil. Məhz işsizlik səbəbindən minlərlə azərbaycan gənci ölkəni tərk etmək məcburiyyətində qalıb. Xarici ölkələrdə çörək qazanmaq üçün minbir əziyyət, təhqir və təzyiqlərlə üzləşən azərbaycan insanı çıxıılmaz vəziyyətə düşüb. Bunun nəticəsidir ki, bu gün ölkənin şəhər, rayon və kəndləri sürətlə boşalır. Hakimiyyət isə,ölkənin günü – gündən inkişaf etməsindən və yeni iş yerlərinin açılması kimi yalançı hesabatlar verməklə məşğuldur. Park və yeraltı keçidlərin açılışı yeni iş yerləri və sosial – iqtisadi inkişaf göstəricisi deyil. “
Beynəlxalq Haqq və Ədalət Assosiasiyası tələb edib:
Hakimiyyətin yalançı hesabatlarına son qoyulsun və real vəziyyət barədə ictimaiyyətə geniş məlumat verilsin;
Ölkədə mövcud olan kütləvi işsizlik hallarının aradan qaldırılması üçün real tədbirlər planı həyata keçirilsin;
Əhalinin sosial – iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər planı həyata keçirilsin;
Korrupsiya yolu ilə dövlət büdcəsini mənimsəyən məmurlar cinayət məsuliyyətinə cəlb edilsin;
Seçki saxtakarlığına son qoyulsun və seçki komissiyaları demokratik prinsiplər əsasında formalaşdırılsın;
Ölkədə siyasi plüralizm bərqərar edilsin, siyasi baxışlarına görə insanların həbsinə və təqib edilmələrinə son qoyulsun;
Müstəqil mətbuat və jurnalistlərə qarşı həbslər və təzyiqlər dayandırılsın;
Vətəndaşlara qarşı olan polis özbaşınalığı və təqiblərinə son qoyulsun;
Elementar İnsan Hüquq və Azadlıqları bərqərar edilsin.