Tarix : 2012 Jul 10
Kod 31473

Beynəlxalq İslami Oyanış Assambleyası baş katibinin sözləri geniş əks-səda doğurub

Beynəlxalq İslami Oyanış Assambleyası baş katibinin sözləri geniş əks-səda doğurub
/Aran Agentliyi

 

Beynəlxalq İslami Oyanış Assambleyası baş katibinin sözləri geniş əks-səda doğurub

 Beynəlxalq İslami Oyanış Assambleyası baş katibinin Azərbaycan Respublikası xalqının şiəliyə olan sevgi və marağı barəsindəki açıqlaması bu ölkənin bəzi xəbər saytlarında əks olunub.

 Azərbaycan Respublkasının bəzi xəbər saytları, o cümlədən Haqq Yolu və Fakt Xəbər İslami Oyanış Assambleyası baş katibi Əli Əkbər Vilayətiyə istinadən yazıblar: Arxayınam ki, Azərbaycanın hazırkı hökumətinin anti-şiə hərəkətləri də bir yerə çatmayacaq.

 Qeyd etmək lazımdır ki, İslam İnqilabının Böyük Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti son vaxtlar Azərbaycan Respublikasında şiələrin vəziyyətinə toxunaraq deyib: Bizim Azərbaycanda şiə qadın və kişilərə qarşı tətbiq olunan məhdudiyyətlərdən xəbərimiz var və həbsdə bir çox problemlərə dözən və sağlamlığını itirmiş Hacı Əlikram kimi şəxsiyyətləri heç vaxt unutmarıq.

 Cənab Vilayəti İranın Teleradio Təşkilatının Bakıdakı yerli müxbirinin həbs olunması barəsində suala cavabda deyib: Anar Bayramlı orta məktəblərdə islam hicabı qadağası ilə əlaqədar hadisələri işıqlandırdığına görə həbs olunub və bu hadisə keçmişdə tətbiq olunan dini məhdudiyyətləri xatırladır. Belə ki, o zaman bəzi müsəlman ölkələrində valideynlər öz övladlarına islam təlimləri keçdiyinə görə 5 il həbsə məhkum olunurdular. Əlbəttə belə hərəkətlər uzun müddətdə əks nəticə verəcək.

  • Yazılıb
  • da (də) 2012 Jul 10