Tarix : 2012 Jul 10
Kod 31474

AR MTN-i şayiə yaymaqla məşğuldur

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi MTN Azadlıq və Yeni Müsavat qəzetləri vasitəsi ilə İrana qarşı şayiə yaymağa başlayıb
/Aran Agentliyi

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi MTN Azadlıq və Yeni Müsavat qəzetləri vasitəsi ilə İrana qarşı şayiə yaymağa başlayıb. MTN-in bu naşıcasına şayiə yayması və Azadlıq və Yeni Müsavatdan sui-istifadə etməsi bu qəzetlərin müstəqillik iddiasını məchul bir vəziyyətlə üzləşdirib və onların bu yalanını ifşa edib.

Zahirdə Azərbaycan Respublikası hökumətinə müxalif bu iki qəzetin internet saytlarında MTN-in tələbi ilə icra olunan şayiədə iddia olunub ki, İran MTN-in bu ölkəyə ezam etdiyi iki casus Şəhriyar Hacızadə ilə Fərid Hüseynovun Azərbaycan Respublikasında həbs olunmuş İranın 4 təhlükəsizlik məmuru ilə mübadilə olunmasını istəyir.

Zahirdə hökumətə müxalif Yeni Müsavat və Azadlıq qəzetləri tərəfindən yayımlanan MTN-in bu iddiasında bildirilir ki, İranın təhlükəsizlik məmurları “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Azərbaycan Respublikasında həbs olunublar. Lakin MTN onların həbsi xəbərinin yayılmasını özünə məsləhət bilməyib.

İrana qarşı bu xəbərin yayılmasında hökumətə müxalif Azadlıq və Yeni Müsavat qəzetlərindən istifadə ilə bağlı MTN-in bu hərəkəti MTN-nin Azərbaycan Respublikasında hökumətə müxalif qəzetlərdən sui-istifadə etməsini sübuta yetirir.

Halbuki bundan öncə Azərbaycan Respublikası rəsmiləri Yeni Müsavat və Azadlıq qəzetlərində anti-İran məqalələrin dərc olunması ilə əlaqədar məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu qəzetlərin hökumətə müxalif olduqlarını iddia etmiş və onlar barəsində məsuliyyət daşımadıqlarını bildirmişdilər.

Müxalif partiya və qeyri-hökumət təşkilatlarından sui-istifadə üçün rəsmi Bakının qeyri-professional hərəkətlərindən biri də Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi şöbə müdiri Əli Həsənovun Bakıda bəzi qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə planlaşdırılmış görüşüdür. Bu görüşdə Əli Həsənov çalışıb ki, İlham Əliyev hökumətinə müxalif siyasi partiyaların imicinə zərbə vurmaqla qeyri-hökumət təşkilatların rəhbərlərinin diqqətini hakimiyyətlə əməkdaşlığa cəlb etsin. Halbuki bundan öncə Əli Həsənov müxaliflərlə görüşdə müxalif partiyaları da alqışlamışdı.

Hökumətlə müxaliflər barəsində Əli Həsənovun ziqzaq formatlı mövqeyi Azərbaycan Respublikası vətəndaşları tərəfindən gülünc vəziyyət və videonun yayılmasına səbəb olub. Bu videoda vətəndaşlar Əli Həsənova “getməyi” məsləhət görürlər.

İlham Əliyev hökumətinin daxili siyasətində Əli Həsənovun yaratdığı ölçülməmiş mövqeyi və yaraşmaz davranışlarından yaranan problemləri də kənara qoyarsaq, Azərbaycan Respublikası hökumətinin xarici siyasətində onun qeyri-düzgün taktikaları da İlham Əliyev hökumətinin xarici siyasətində tarazlığı pozmağa səbəb olmuşdur.

Əli Həsənovun İrana səfərindən sonra qeyri-professionallığı sonda İranın Bakıdakı səfirliyinin qarşısında homoseksualların paradına tədarükün görülməsini dəstəkləyənlərin aksiya keçirməsi ilə nəticələndi. Bu da hələ də davam edən Bakı-Tehran münasibətlərində misli görünməmiş soyuqluğun yaranmasına səbəb oldu. Xüsusilə də Əli Həsənovun bu qeyri-professionallığı onun dini alimlərə hörmətsizliyi ilə yanaşı oldu. Bu da, onun hazırda ictimai rəy sorğularında Azərbaycan Respublikası müsəlman xalqı tərəfindən arzuolunmaz şəxs kimi tanınmasına səbəb olub.

Əli Həsənov Eurovision mahnı müsabiqəsi keçirildiyi zaman bəzi Avropa ölkələrinin Azərbaycan Respublikasının siyasətlərini tənqid etdikləri zaman qərb hökumətlərinə qarşı əsəbi reaksiyalar göstərdi. Onun bu mövqeyi Bakının bəzi qərb dövlətləri, o cümlədən Almaniya ilə münasibətlərinin soyuması ilə nəticələndi.

  • Yazılıb
  • da (də) 2012 Jul 10