Tarix : 2012 Jul 10
Kod 31475

Hacı İlqar doktor Vilayəti ilə görüşdü

Bu barədə “Farsnews” informasiya agentliyi məlumat verir
/Aran Agentliyi

 DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu Ali dini rəhbər Ayətullah Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti ilə görüşüb. Bu barədə “Farsnews” informasiya agentliyi məlumat verir. Görüş zamanı Əli Əkbər Vilayəti cənabları İran və Azərbaycan arasında böyük ortaq maraqların olmasına, bütün kənar səylərə rəğmən, dərin əlaqələrin mövcudluğuna diqqət çəkib. “Kənar ölkələrin Azərbaycana etdikləri təzyiqlərə baxmayaraq, İranla Azərbaycanın münasibətləri dəyişməz mehriban olaraq qalacaqdır” – deyə doktor Vilayəti vurğulayıb.

Vilayəti ümid edib ki, dünyada baş verən İslami oyanış 2 ölkə arasında münasibətlərin daha da yaxınlaşmasına xidmət edəcəkdir.

Görüş zamanı İlqar İbrahimoğlu bildirib ki, inancımızın dəyərləri, eləcə də İslamın intibahı prosesi Azərbaycan xalqı üçün ən mühüm mövzulardandır.

Hacı İlqar İbrahimoğlu görüş zamanı xüsusi vurğulayıb ki, Azərbaycan inanclılarının Qarabağ məsələsində İran İslam Cümhuriyyətindən ciddi gözləntiləri vardır. Hacı İlqar İbrahimoğlu Vilayətinin diqqətinə çatdırıb ki, artıq 20 ildir müsəlman torpağı olan Qarabağ işğal altındadır və xalqımızın bütün müsəlman dünyasından bu torpaqların geri qaytarılması istiqamətində ciddi səy göstərməsi ilə bağlı gözləntisi vardır.

HaqqYolu

  • Yazılıb
  • da (də) 2012 Jul 10