Tarix : 2012 Jul 10
Kod 31476

Rəsmi Paris Fransada uydurma “erməni soyqırımı rəddinə cəza'' qanunun qəbul ediləcəyini təsdiqləyib

Fransada şənbə günü çıxan ''Fransua Oland Erməni cəmiyyətini telefonla axtardı'' iddiaları Yelisey Sarayından gələn açıqlama ilə rəsmən təsdiqləndi
/Aran Agentliyi

 Fransada şənbə günü çıxan "Fransua Oland Erməni cəmiyyətini telefonla axtardı" iddiaları Yelisey Sarayından gələn açıqlama ilə rəsmən təsdiqləndi. Açıqlamada prezident F.Olandın radikal irqçi Daşnak Partiyasının Qərbi Avropa idarəçisi Murad Papazyana telefon açdığı ifadə edilir. Papazyan prezident Olandın seçki vədi olan "Uydurma Erməni soyqırımı rəddinə cəza" qanununu qəbul etmək haqqındakı sözünün üstündə duracağını söyləyib. (DHA)

Lakin ötən həftə Suriya ilə əlaqədar keçirilən yığıncaq əsnasında Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə çox səmimi bir dialoq içində olan Fransa xarici işlər naziri Laurent Fabius verdiyi mətbuat konfransında "uydurma soyqırımın rəddinə cəza" qanununun konstitusiya şurası tərəfindən "Konstitusiyaya zidd" olduğu üçün qarşısının alındığını, qəbul edilə biləcək bir başqa qanunun eyni aqibətə uğrayacağı üçün bir daha Fransanın belə bir qanun qəbul etməyəcəyini ifadə etmişdi. Bu açıqlama erməni diasporunun radikal milliyyətçi hissəsində çaxnaşmaya səbəb olmuşdu.

HaqqYolu

  • Yazılıb
  • da (də) 2012 Jul 10