Respublika Narkoloji Dispanseri Nicat Əliyevlə bağlı rəy bildirib. Rəyə əsasən, jurnalist Nicat Əliyev narkoman deyil
/Aran Agentliyi
Respublika Narkoloji Dispanseri Nicat Əliyevlə bağlı rəy bildirib. Rəyə əsasən, jurnalist Nicat Əliyev narkoman deyil.
Baş redaktor Nicat Əliyevin vəkili Anar Qasımlı Azadxeber.org saytına müsahibə verib. Vəkil Anar Qasımlı bildirib ki, Nicat Əliyev 07 İyul tarixində Yasamal rayon Baş Polis idarəsinə gətirilib və hazırda İdarədə saxlanılır. Vəkilin dediklərinə görə, Respublika Narkoloji Dispanseri Nicat Əliyevlə bağlı rəy bildirib. Rəyə əsasən, jurnalist Nicat Əliyev narkoman deyil. Anar Qasımlı bildirib ki, jurnalist ilkin ifadəsindən imtina etdikdən sonra yenidən ifadəsi alınmayıb. Baş redaktorun həbsi zamanı götürülən şəxsi avtomobil, noutbuk və 900 manat məbləğində olan pul barəsində hələlik bir məlumat yoxdur.
Qeyd edək ki,Azadxeber.org saytının baş redaktoru Nicat Əliyev may ayının 20-də həbs olunub. Jurnalist CM-nin 234.1 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psoxotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ittiham olunur. Barəsində 2 ay müddətində həbs qətimkan tədbiri seçilən jurnlaist Bakı İstintaq Təcridxanasında saxlanılır.
HaqqYolu