İran və onunla qonşu ölkələrin əlverişsiz sərhəd bölgələrində yaşayan əhaliyə səhiyyə xidməti göstərmək üçün Tibb Cəmiyyətinin ən böyük səhra xəstəxanası qurulur
/Aran Agentliyi
"İran və onunla qonşu ölkələrin əlverişsiz sərhəd bölgələrində yaşayan əhaliyə səhiyyə xidməti göstərmək üçün Tibb Cəmiyyətinin ən böyük səhra xəstəxanası qurulur".
AranNews - Təbriz Tibb Cəmiyyətinin canişini Rəsul Sadiq "Fars"-ın müxbirinə müsahibəsində Azərbaycan Respublikasının anti-İran təbliğatına işarə edərək, Culfada ən böyük səhra xəstəxanası qurulmasından xəbər verib: "Azərbaycan ölkəsinin İrana qarşı mənfi təbliğatı ilə mübarizə məqsədilə Culfada İran, Naxçıvan və Bakının əlverişsiz sərhəd bölgələrində yaşayan əhaliyə peşəkar və subspecialty tibbi xidmətlər göstərmək üçün Tibb Cəmiyyətinin ən böyük səhra xəstəxanası qurulur".
O artırıb: "Bu zəminədə 10 iyundan başlayaraq bir həftə müddətində Culfanın Siyahrud bölgəsində bütün inkişaf etmiş tibbi imkanları, o cümlədən endoskopi, mamalıq-ginekologiya və pediatriya, ürək və müxtəlif cərrahiyyə əməliyyatları xidmətləri göstərə bilən " Fatimeyi-Zəhra (ə)" ixtisas və subspecialty səhra xəstəxanası qurulacaq".
Rəsul Sadiq bu xəstəxanada 200 personalın xidmət göstərəcəyini də vurğulayaraq artırıb: "Tibb Cəmiyyətinin bu xəstəxananı qurması Böyük Rəhbərin İranın və qonşu ölkələrin imkansız bölgələrində yaşayan əhalisinə xidmət göstərilməsi barədəki göstərişlərinə əməl etmək çərçivəsində həyata keçirilir".
O, müsahibəsinin davamında deyib: "Azərbaycanın sərhəd bölgələrinin vətəndaşları onlar üçün nəzərdə tutulmuş tədbirlər əsasında bu xəstəxanaya müraciət edib, bütün tibb və səhiyyə xidmətlərindən istifadə edə bilər və cərrahiyyə əməliyyatı olunması lazım gələn xəstələr pulsuz əməl olunacaq".
"Fatimeyi- Zəhra (ə)" xəstəxanasının müdiri daha sonra deyib: "Azərbaycan əhalisini bu barədə məlumatlandırmaq üçün lazımı tədbirlər görülmüşdür. Xəstəxananın Culfada qurulacağı bir həftə müddətində 35-40 min xəstənin vizit, qəbul, müalicə və cərrahiyyə olunması nəzərdə tutulmuşdur".
Sadiq xatırladıb: "1391-ci ildə ilk və Təbrizdə 5-ci olan "Fatimeyi- Zəhra (ə)" səhra xəstəxanasının göstərəcəyi tibb xidməti 10 milyard riala çatır".