Ərdəbil Əhalisinin İslam Şurası Məclisindəki nümayəndəsi Mənsur Həqiqətpur Azərbaycan Respublikası hökumətinə xəbərdarlıq edib ki...
/Aran Agentliyi
Ərdəbil Əhalisinin İslam Şurası Məclisindəki nümayəndəsi Mənsur Həqiqətpur Azərbaycan Respublikası hökumətinə xəbərdarlıq edib ki, İranlı alimlərin terror edilməsində Azərbaycan Respublikası və İsrail arasında əməkdaşlığın olduğu sübuta yetirilmiş olarsa, İranın cavabı buna münasib olacaq.
İranın nüvə alimləri şəhid Mustafa Əhmədi və şəhid Əliməhəmmədinin terror edilməsində rolu olan İsrailin casusluq təşkilatı Mossadın hesabatlarına əsasən Cavidan adı ilə tanınan yəhudi şəxs Azərbaycan Respublikasına sığınıb.
Əldə olunmuş məlumatlara görə, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Mossadın bu terrorçu amili üçün texniki imkanların yaradılması və partlayıcı qurğunun əldə edilməsində son dərəcə təsirli rola malik olub. Həmçinin, İranın nüvə alimi Əliməhəmmədini terror edən Mossad amili Məcid Cəmali Fəşi öz etiraflarında bildirmişdi ki, Bakıdan Təl-Əvivə olan çoxsaylı səfərlərində heç bir çətinliklə üzləşməyib.
Ərdəbil əhalisinin İran İslam Şurası Məclisindəki nümayəndəsi Mənsur Həqiqətpur xəbərdarlıq edib ki, Azərbaycan Respublikası ilə İsrail arasındakı bu əməkdaşlığın sübuta yetiriləcəyi təqdirdə İranın cavabı ciddi olacaq. İran böyük ölkədir və hədəf ölkəni tənbeh etmək üçün müxtəlif vasitələrə malikdir. Amma, indiyə kimi Azərbaycan Respublikası hökuməti bu ölkənin məxfi xidmət orqanının iranlı nüvə alimlərinin terror edilməsində Mossad ilə əməkdaşlıq etmədiyini rəsmən elan etməyib. Ötən ilin 18 fevralında London Times qəzetində dərc olunmuş bir məqaləyə əsasən İsrail rejimi Avrasiyada və İranın qonşuluğunda yerləşən Azərbaycan kimi kiçik bir ölkədən İrana qarşı casusluq üçün bir baza kimi istifadə edir. Həmçinin, İsrailin beynəlxalq səviyyədə təcridə məruz qaldığı bir şəraitdə bəzi qərb mətbuatı ifşa etdilər ki, İsrailin aviasiya sənayesi Azərbaycan Respublikası ilə pilotsuz təyyarələr və təyyarələrə qarşı raketlərin satışı ilə bağlı 1 milyard 600 milyon dollar dəyərində müqavilə imzalayıb.
Mənsur Həqiqətpur deyir: Bu gün İsrail rejimi dünyada mənfur bir rejim kimi tanınır və Azərbaycan Respublikası hökuməti belə bir rejimə bu müsəlman ölkəsinə ayaq açmağa imkan verməməlidir.
Səhər.TV