/Aran Agentliyi
Artıq 11 aydır ki, jurnalist Ramin Bayramov saxta ittihamla həbs olunaraq dustaq həyatı keçirir. Onun barəsində ilk dəfə “Raminsiz keçən 1 ay” adlı yazı yazmışdım. O vaxt Raminin 1 ay aramızda olmaması insana ağır gəlirdi. İndi isə 11 ay ötür həmin vaxtdan. Deyim ki, keçən hər gün xatırlanır Ramin.
Onu həbs etməklə guya İslamazeri.az-a zərbə vurmaq istəyənlər yanıldıqlarını gözəl başa düşürlər. Çünki onlar vəhdət anlamını başa düşə bilməzlər. Düzdür Hacı Raminin həbsi sayt üçün olduqca böyük itkidir. Amma bu o demək deyil ki, Raminsiz İslamazeri.az yaşamayacaq. Ən azından onun qoyduğu yolun bu gün də davam etməsi Raminin həbs olunmasının kimlər üçünsə əbəs olmadığını ortaya qoyur. Onlar Hacı Raminin qələminin gücünü yaxşı bilirdilər. Odur ki, artıq 11 aydır onu həbsdə saxlayırlar.
Hər ayın 11-i gələndə Raminin həbsindən 1 ay ötür. Həm sevindirici həm də kədərlidir. Sevinirəm ona görə ki, zindandan çıxmasına 1 ay az vaxt qalır. Amma ona görə kədərlənirəm ki, onsuz çətindir. Ramin hər zaman zülmün qabağında sınmayan, əyilməyən və haqqı nahaqqın gözünün içinə baxaraq birbaşa deyən insan olub. İndi qonun əl-qolunu müvəqqəti də olsa bağlamaları onun heç də susdurulması deyil. Ən azından ona görə ki, İslamazeri.az bu gün də ayaqdadır.
Hər ayın 11-i gələndə Raminin həbsindən 1 ay ötür.
1 aydan sonra isə yenə müqəddəs ramazan ayında oruc halda həbs onuna Hacı Raminin məhbəs həyatının 1 ili tamam olacaq. Zindanda keçən hər gün bir ilə bərabər olur deyirlər. Amma baxır kimin üçün. Ramin Bayramov kimi mübariz insanlar üçün zindan son deyil bəklə də yeni bir başlanğıcdır.
P.S. Yolunu səbirsizliklə gözləyirik qardaş. Yenə hər ayın 11-ni saya-saya. Yaman günün ömrü az olar deyiblər. Allah nəsib etsin ki, azad olacağın ayın 11-ini bizlərə inşallah...
Əli Cəfəri
islamazeri.az