Tarix : 2012 Jul 11
Kod 31489

''Güclə danışır, aparatlara qoşulub''

“Hazırda Vaif bəy cəzasını çəkmək iqtidarında deyil''
/Aran Agentliyi

Azərbaycan İslam Partiyasının məhbus sədr müavini Vaqif Abdullayevdə qan xərçəngi xəstəliyinə tutulduğu ehtimalı var. İyulun 10-da vəkil Anar Qasımlı Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsində hüquqlarını müdafiə etdiyi şəxslə, onu müayinə edən həkimlər və baş həkimlə görüşüb.“Media forum” saytına danışan vəkil Anar Qasımlı deyib ki, baş həkim kənardan onkoloqun dəvət edildiyini, lazım olan bütün qan analizlərinin götürüldüyünü və yaxın günlər ərzində dəqiq diaqnozun açıqlanacağını deyib:

Vaqif bəy mənimlə görüşə gələ bilmədi. Mən palataya qalxdım. Güclə danışır, aparatlara qoşulub”.Anar Qasımlı dövlət başçısı İlham Əliyevə müraciət edəcəyini deyib: “Hazırda Vaif bəy cəzasını çəkmək iqtidarında deyil. Ağır xəstədir. Həm prezidentə müraciət edəcəm, həm də digər hüquqi proseduraları həyata keçirməyə başlayacam”.

Vaqif Abdullayev 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 214.2.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq); 214.2.3 (Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq); 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə); 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə təqsirli bilinib.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Jul 11