“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Mehdi Məmmədov Binəqədi Rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verməkdən imtina edib
/Aran Agentliyi
“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Mehdi Məmmədov Binəqədi Rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verməkdən imtina edib
Hacı Mehdinin vəkili Zaman Səmədovun İslamazeri.az-a verdiyi məlumata görə, buna səbəb müdafiə etdiyi şəxsin Azərbaycan məhkəmələrinə inanmamasıdır. “Dünən Hacı Mehdi ilə görüşdüm. Onun əhval ruhiyyəsi çox yaxşı idi. Apellyasiya şikayəti etməməyimi xahiş etdi. Bildirdi ki, onsuz da həbsi sifarişli olduğu üçün bunun mənası yoxdur.”
Hacı Mehdi Məmmədov vəkili vasitəsi ilə ictimaiyyətə mesaj da yollayıb.
“Mənim həbsim kimlərinsə sifarişidir. Hətta bir az irəli gedib digər həbs olunanlardan bir neçə ay artıq “cəza” verdilər. Guya bununla məni qorxudurlar. Mən məhkəmə zamanı da demişəm. Hətta ömürlük həbs olunsam belə öz əqidəmdən geri dönməyəcəyən”
Qeyd edək ki, iyunun 28-də Binəqədi Rayon Məhkəməsi Mehdi Məmmədovun 2 il müddətinə azadlıqdan məhrum olunması barədə qərar çıxarıb. O, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaqda təqsirli bilinib. Mehdi Məmmədov fevralın 18-də saxlanılıb.
islamazeri.az