Tarix : 2012 Jul 11
Kod 31493

20 tir 1326-cı il (1947/7/12) ibrət götürməli gün-Pişəvəri: Xəyanət, xəyanət, xəyanət

Həmin hadisədən uzun illər keçdikdən sonra Azərbaycan dövləti bu dəfə kommunistlərin təhriki ilə yox, sionistlərə sədaqəti üzündən anti-İran siyasətlərini davam etdirir
/Aran Agentliyi

Həmin hadisədən uzun illər keçdikdən sonra Azərbaycan dövləti bu dəfə kommunistlərin təhriki ilə yox, sionistlərə sədaqəti üzündən anti-İran siyasətlərini davam etdirir.

AranNews - Azərbaycan Respublikasının hökumət və hökumətyönlü mediasında, dərslik kitablarında, rəsmi və qeyri-rəsmi dairələrində son bir neçə ayda güclənmiş İran əleyhinə təbliğatın bir əsrə yaxın tarixi vardır. 1918-ci ildə Qafqaz torpaqlarında ilk Azərbaycan Respublikası  yarandı.1920-ci ildə bu dövlətin bolşeviklər tərəfindən süqut etməsinə təsadüf edən tarixi bu regionda anti-İran təbliğatının başlanğıcı bilmək olar.

SSRİ-nın tərkibində sosialist respublikası kimi tanınan Azərbaycan, Böyük Pyotrın isti sualara yetişmək arzusunu həyata keçirilməsində rusların əlində vasitəyə çevrilmişdi. Bu çərçivədə Stalinin əmri ilə Mircəfər Bağırov Azərbaycanın 1324-cü il hadisələrinə şərait yaratması üçün seçildi və bu hərəkatda Xalxalın kəndələrinin birində dünyana gəlmiş Pərviz Cavadzadə Xalxali  (Seyid Cavad Pişəvəri) 1324-cü ildə Təbrizdə Azərbaycan Demokrat Firqəsini yaratdı. Bu partiya ictimai məsələlərdə Tudə partiyasından daha orta mövqedə idi. Amma siyasi məsələlərdə Azərbaycanın daxili istiqlalını və muxtariyyətini tələb edirdi. Yeni partiyanın yaranmasının səhəri günü Azərbaycan Tudə partiyası bütün şöbə və təşkilatları ilə birlikdə ona qoşuldu. Pişəvəri zahirdə Azərbaycanın qüdrətli şəxsinə çevrildi, Stalin və Bağırova ürək qızdıraraq və əlbəttə, Rza Pəhləvinin də səhv siyasətləri nəticəsində 1324-cü il 21 azərdə (1945/12/12) Azərbaycan Muxtar Dövlətini yaratdı. Amma bu dövlət yalnız bir il davam gətirə bildi və 1325-ci ilin azər ayında ləğv olundu və dövlətin bir il ərzində əli xalqın qanına bulaşmış başçılarının çoxu həbs və qətliam olundu. Bakıya qaçmış Pişəvərinin taleyi isə 20 tir 1326-cı ildə (1947/7/12) ibrət götürməli hadisə ilə üzləşdi. Demokrat partiyasının əməkdaşlarından olan polkovnik Əhməd Şəfai "37 il SSRİ-də ömür"  kitabında yazır: "Qurulmuş yol qəzası hadisəsi baş verən gün Pişəvərinin həmişəki sürücüsü gəlməmişdi və məcburi olaraq erməni sürücü Pişəvərini Şəkiyə aparırdı. Qəza hadisəsinin şahidi olmuş Lətif Səmədoğlu deyir: Mən Dövlət Təhlükəsizlik Komitəsinin Yevlax rayon şöbəsinin rəisi idim. 1947-ci ilin yanvarında mənə xəbər gəldi ki, Yevlaxın 14 km-də bir hodson avtomobil 4 sərnişini ilə birlikdə qəzaya düşüb. Özümü ora çatdırdım, gördüm ki, Seyid Cəfər, general Qulam Yəhya və Nuri Quliyev yaralanıblar. Amma Qarnik Məlikyan adlı sürücü tamamilə sağlamdır. Sürücünün bədənini axtarış zamanı 10 min manat məbləğində pul, kolt markalı bel tapançası tapıldı. Sürücü hadisənin səbəbini yuxulaması olduğunu bildirdi. Lakin əlamətlər başqa bir şeydən xəbər verirdi. Maşının rolu iki yerə bölünmüşdü və bunun da mənası odur ki, sürücü sinə qəfəsəsinin zədələnməməsi üçün rolu möhkəm tutubmuş. Xəsarət almış Pişəvəri ilə söhbət etdim. O dedi: Gecə Gəncədə Neft Kəşfiyyatı İdarəsinin müdiri Nəzir Heydərovun evində idik. Təqribən, sübh saat dörddə Quliyev Şəkiyə gedib, orada istirahət etməyimizi təklif etdi. Sonra bir anlığa ara verərək neçə dəfə dedi: "Xəyanət, xəyanət, xəyanət...". Bu hadisədən canını qurtaran Pişəvəri saxta cərrahiyyə əməliyyatında öldürüldü ki, bəlkə gələcək nəsil üçün ibrət ola".

İndi həmin hadisədən uzun illər keçdikdən sonra Azərbaycan dövləti bu dəfə kommunistlərin təhriki ilə yox, sionistlərə sədaqəti üzündən anti-İran siyasətlərini davam etdirir və son vaxtlar özünün iki casusunun İranda həbs edilməsini bəhanə edərək anti-İran və anti-İslam təbliğatını gücləndirmişdir. Lakin, bu dəfə Azərbaycan rəsmiləri bilməlidirlər ki, artıq onların təbliğatının təsiri altına düşə bilən sadə Pişəvəri və onun kimilər yoxdur. İndi Təbriz əhalisi Azərbaycan ölkəsində yaşayan öz din bacı-qardaşları barədə nigərandır və əmindirlər ki, onlar da İslam təlimləri sayəsində Azərbaycan və Azərbaycanlıya layiq izzətə nail olacaqlar.

  • Yazılıb
  • da (də) 2012 Jul 11