Tarix : 2012 Jul 11
Kod 31494

“Qadınlar və İslami Oyanış” Beynəlxalq Konfransı

Qadınlar və İslami Oyanış” Beynəlxalq Konfransı müxtəlif siyasi, ictimai, elmi və mədəni sahələrdə fəaliyyət göstərən 1500 iranlı və xarici qadın fəalın iştirakı ilə Tehranda işə başlayıb
/Aran Agentliyi

 

 “Qadınlar və İslami Oyanış” Beynəlxalq Konfransı müxtəlif siyasi, ictimai, elmi və mədəni sahələrdə fəaliyyət göstərən 1500 iranlı və xarici qadın fəalın iştirakı ilə Tehranda işə başlayıb.

2 gün davam edəcək “Qadınlar və İslami Oyanış” Beynəlxalq Konfransında dünyanın 85 ölkəsindən 1200 və 300 iranlı qadın fəal iştirak edir.

Bu konfransın əsas məqsədlərindən biri qadınlarla bağlı mühüm və həlledici qərarların qəbul olunması habelə, qadınların üzləşdiyi problemlər və məsələlərin araşdırılmasıdır.

Bu beynəlxalq konfransda İslam Təfəkkürü, İslami Oyanış və İnqilabçı Rəftar, Qadınlar və İslami Oyanış, Fürsətlər, Təhdidlər və Çıxış Yolları adlı 6 elmi komissiya da təşkil edilib.

Qadınlar və İslami Oyanış, Təcrübələr, Nailiyyətlər və Tələbatlar, Beynəlxalq Əlaqələr və Anlaşmalar, Ailə və İnqilabçı Qüvvələrin Yetişdirilməsi bu iclasda diqqət mərkəzində saxlanılacaq digər elmi mövzulardırlar.

Həmçinin, bu iclasda Perspektiv və Gələcək Dəyişikliklər adlı komissiya da bu konfransda fəaliyyət göstərir.

Qadınlar və İslami Oyanış” Beynəlxalq Konfransın Rəyasət Heyətinin üzvü Mustafa Osman İran İslam İnqilabını diktatura və fəsad rejimləri ilə mübarizədə Ərəb və İslam ölkələri üçün bir nümunə adlandırıb.

M.Osman həmçinin belə bir konfransın keçirilməsindən razılıq edərək, deyib: İran İslam İnqilabının qələbə çalması digər ölkələr və xalqların öz diktatorlarına qarşı qorxu hislərini sındırdı və bu ölkə xalqları müstəqillik və azadlıq uğrunda mübarizədə İranı özlərinə nümunə qərar verdilər.

M.Osman daha sonra dedi: İran İslam Respublikasının dünya məzlumlarını himayə və dünya zorakıları ilə düşmənçilik etməsini nəzərə alaraq belə bir konfransın dünyanın 85 ölkəsindən gəlmiş 1200 siyasət və mədəniyyət xadiminin habelə, media mənsubunun iştirakı ilə Tehranda keçirilməsi tamamilə təbiidir.

Qadınlar və İslami Oyanış” Beynəlxalq Konfransının Rəyasət Heyətinin üzvü Ərəb ölkələrində xalq inqilablarının qələbə çalmasında qadınların önəmli roluna işarə edərək, deyib: Qadınlar öz inqilablarının qələbə çalması üçün kişilərlə çiyin-çiyinə mübarizə aparıblar və qadınlar, onların himayələri olmadan bu inqilablar qələbə çala bilməzdi.

Mustafa Osman Ərəb ölkələri o cümlədən Misir, Tunis və Liviya inqilablarında şəhid olan qadınların xatirəsini də yad edib.

Qadınlar və İslami Oyanış” Beynəlxalq Konfransının Rəyasət Heyətinin üzvü Tunisli xanım Lətifə Həvaşi də konfransda çıxış edərək, deyib: İranlı qadınlar bütün sahələrdə Tunisli qadınlar üçün ülgü və nümunədir.

L.Həvaşi daha sonra dedi: Tunisin devrilmiş diktatoru Zeynalabdin bin Əli rejimi bütün vasitələrdən istifadə edərək, İslamı, xalqı və hicablı qadınları yatırtmağa çalışırdı. Lakin, Tunis xalqı İran İslam Respublikasını özünə nümunə seçərək, Bin Əli rejiminə qalib gəldi.

L.Həvaşi inqilabdan öncə Tunisli qadınların vəziyyətinə işarə edərək, deyib: Tunisli qadınlar hicablı olduqları təqdirdə iş, təhsil və hətta ictimai məkanlarda görünmək haqqından belə məhrum edilirdilər. Amma, Allahın lütfü sayəsində inqilabın qələbə çalması ilə öz haqlarını bərpa etdilər və hal hazırda Tunis Parlamentinin 27%-in qadınlar təşkil edir. Və ümumilikdə 52 qadın deputatın 42-si hicablıdır.

İslami Oyanış Assambleyasının baş katibi Əli Əkbər Vilayəti də “Qadınlar və İslami Oyanış” Beynəlxalq Konfransında deyib: Ərəb ölkələrindəki İslami oyanış və hərəkatlar özünə məxsus özəllikləri olan yeni bir İslam Hərəkətinin formalaşmasına səbəb olub.

Ə.Vilayəti əlavə edib: İmam Xomeyni(r.ə)-in düşüncələri və ideyaları İslam Hərəkatına yeni ruh vermiş oldu və İslami Oyanış dalğasında öncül olan bu hərəkatın mühüm məsələlərə diqqət yönəltməsinə səbəb oldu. Hədəf isə müsəlman xalqların izzəti və əzəmətini bərpa etmək, İslam Ümmətinin itirilmiş mövqeyini geri qaytarmaq siyasi, iqtisadi və ictimai sahələrdə öz yerini möhkəmləndirmək idi.

Vilayəti daha sonra qeyd etdi ki, İslam düşmənləri insan haqları, azadlıq və demokratiya kimi yalan şüarlarla habelə, terrorizmlə mübarizə bəhanəsi ilə regiona müdaxilə və İslam Dünyasından mənfi sima təqdim etmək ardıncadırlar.

  • Yazılıb
  • da (də) 2012 Jul 11