İran İslam Respublikasının təhsil naziri Həmidrza Babayinin bu gün Azərbaycana səfəri başlayır
/Aran Agentliyi
HaqqYolu - İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Babayi səfəri çərçivəsində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının zirvə toplantısında iştirakla əlaqədar İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış dəvət məktubunu təqdim edəcək.
Həmidrza Babayinin Azərbaycan Prezidenti ilə görüşü və digər dövlət rəsmiləri ilə danışıqlar aparması nəzərdə tutulur.
Trend.az