Azərbaycan İslam Partiyası (AİP) Dağlıq Qarabağ probleminin həllində bütün vasitələrin tətbiqinin mümkünlüyü prinsipləri ilə bərabər əsas söz sahibi kimi ATƏT-in Minsk ...
/Aran Agentliyi
"Azərbaycan İslam Partiyası (AİP) Dağlıq Qarabağ probleminin həllində bütün vasitələrin tətbiqinin mümkünlüyü prinsipləri ilə bərabər əsas söz sahibi kimi ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini deyil, Azərbaycan dövləti və Azərbaycan xalqını görmək tələbini bu gün də dəstəkləyir, irəli sürür".
AİP-in mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, bu barədə partiyanın yaydığı bəyanatda bildirilir.
Bəyanatda deyilir ki, Qarabağ düyününün region dövlətləri ilə, həm də Azərbaycan xalqının iradəsi çərçivəsində açılmalı, bəyanatlardan real əmələ keçilməlidir. AİP Baş Məclisi Beynəlxalq hüquq məsələləri və insan haqları mərkəzlərindən, rəhbərlərindən haqsız yerə həbs olunanların, azad olunmasında səlahiyyətlərindən səmərəli istifadə etməyi, erməni isğalı nəticəsində yersiz, yurdsuz qalmış insanların yaşamaq hquqlarının bərpa olunmasına səylərini artirmağı tələb edir.
AİP bəyan edir ki, cəmiyyətdə hakimiyyətin xalqı xof və qorxu altında saxlamaq, qeyri-demokratik prinsiplərlə idarə etmək, qeyri-şəffaf seçkilər keçirmək kimi neqativ addımlarından narazılığı cəmiyyətdə ciddi mərhələyə qədəm qoyub. Yenidən təsis olunmaq və rəsmi qeydiyyatdan keçmək istəyən bir siyasi qurumun rayon təşkilatının sədrinin polis idarəsinə çağrılaraq polis rəisi tərəfindən fiziki zora məruz qalması, döyülməsi artıq dərin böhranlardan, dövlətin polis zopası ilə idarə edilməsindən xəbər verir, Ağstafa rayonunda olduğu kimi: "Hesab edirik ki, demokratik islahatlar aparmağın vaxtı çatıb. Siyasi və vicdan məhbuslarının azad olunması xalqımızın və beynəlxalq təşkilatların zəruri tələblərinə çevrilib. Bu istiqamətdə icra və məhkəmə hakimiyyəti orqanlarında islahatlar günün vacib məsələsidir".