Tarix : 2012 Jul 11
Kod 31514

İslam İnqilabının Böyük Rəhbəri İslam Dünyasının mübariz qadınları ilə görüşüblər

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün İslam Dünyasının mindən artıq istedadlı, fəal və mübariz qadını ilə görüşdə əzəmətli İslami Oyanış ...
/Aran agentliyi

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün İslam Dünyasının mindən artıq istedadlı, fəal və mübariz qadını ilə görüşdə əzəmətli İslami Oyanış hərəkatında qadınların rolunu misilsiz adlandırıb və İran İslam İnqilabının qələbə çalması və irəliyə doğru hərəkətində iranlı qadınların bərəkətli iştirakına işarə edərək, deyiblər: Mübarək İslami Oyanış hərəkatında qadınların iştirakının davam etdirilməsi, möhkəmləndirilməsi və genişləndirilməsi şübhəsiz müsəlman xalqlar üçün böyük qələbələr gətirəcək.

İslam İnqilabının Böyük Rəhbəri dünyanın 85 ölkəsindən istedadlı, bacarıqlı və fəal qadınların Tehranda keçirilən “Qadınlar və İslami Oyanış” Beynəlxalq Konfransında bir araya gəlməsini İslam Dünyası qadınlarının bir-birilərini daha  yaxşı tanımaları üçün dəyərli fürsət adlandırıb və deyiblər: Bu iclasda formalaşan tanışlıq və anlaşma müsəlman qadınların öz həqiqi kimliyi və mahiyyətini bərpa etmələri istiqamətində təsirli və davamlı bir hərəkətin formalaşması üçün müqəddimə olmalıdır.

Dünya müsəlmanlarının Vəli Əmri Qərbin müsəlman qadınları öz islami mahiyyətlərindən uzaqlaşdırmaq istiqamətində apardığı 100 illik mürəkkəb siyasətə işarə edərək, deyiblər: İslam Dünyasının istedadlı qadınlarının bu islami mahiyyətin bərpa edilməsi üzrə səyləri İslam Ümmətinə edilən ən böyük xidmətdir. Çünki, müsəlman qadınların agahlığı, bəsirəti və öz mahiyyətini dərk etməsi İslami Oyanış hərəkatının inkişafı və İslam Ümmətinin kəraməti və izzəti üçün misli görünməmiş müsbət təsirə malik olacaq.

Həzrət Ayətullahülüzma Xamenei Qərbin qadına baxışını təhqiramiz baxış adlandırıb və deyiblər: Qərblilər öz mədəniyyətlərinin dərinliklərində qadını bir növ əmtəə məhsulu və kişilərin əylənməsi üçün bir vasitə hesab edirlər və özlərinin bütün vasitələri və imkanlarını bu məqsədin gerçəkləşdirilməsinə yönəldiblər. Necə ki, millətlərin qarət və qırğın edilməsi, ölkələrin sərvətlərinin qarət edilməsi, ölkələrə qoşun yeridilməsi və onlara müharibələrin qəbul etdirilməsi kimi cinayətlərinə azadlıq, insan haqları və demokratiya donu geydirirlər.

İslam İnqilabının Böyük Rəhbəri İslamın qadına baxışını Qərbin baxışının tam qarşı nöqtəsi adlandırıb və bu xüsusiyyətlərlə xarakterizə ediblər ki, İslamın qadına baxışı izzət bəxş edən, kəramət artıran və inkişaf etdirən baxışdır.

Dünya müsəlmanlarının Vəli Əmri hegemonçuların və onların başında Amerika və sionist rejimin İslami Oyanış hərəkəti qarşısında çaş-baş qaldıqlarını deyərək, onların var gücləri ilə bu hərəkətin qarşısını almağa və ya ona nəzarət etməyə çalışdıqlarını deyib və belə əlavə ediblər: Əgər müsəlman xalqlar bu fitnə qarşısında müqavimət göstərərlərsə və səhnədəki iştiraklarını davam etdirərlərsə onların hegemonçular qarşısındakı qələbəsi qəti olacaq. Çünki, bütün hegemonçuların qılınclarının gücü xalqların imanı və iştirakı qarşısında küt və yararsızdır.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin, Qərbin İran İslam Respublikasını Fələstin xalqını himayədən çəkindirmək üzrə faydasız cəhdlərinə işarə edərək, deyiblər: İran şiə və sünni kimi yayındırıcı mövzulara əhəmiyyət verməyərək, həmişə müsəlman qardaşlarının kənarında dayanıb.

  • Yazılıb
  • da (də) 2012 Jul 11