Azərbaycan Respublikası Müsavat Partiyasının sədri İsa Qəmbər başçılıq etdiyi partiyanın İslam Partiyası ilə əməkdaşlığa hazır olduğunu bildirib
/Aran agentliyi
Azərbaycan Respublikası Müsavat Partiyasının sədri İsa Qəmbər başçılıq etdiyi partiyanın İslam Partiyası ilə əməkdaşlığa hazır olduğunu bildirib.
İsa Qəmbər “İslamın Səsi” saytı ilə müsahibədə deyib: 1992-ci ilin mayında biz hakimiyyətə gələn zaman çalışdıq ki, milli-demokratik cərəyanları hakimiyyətə gətirək və ictimaiyyətdə demokratiyanın icrası zəminində iri addımlar atdıq. İslam Partiyası fəaliyyət üçün lisenziya almaq məqsədilə müraciət etdiyi zaman biz heç bir ayrı-seçkiliyə yol vermədən partiyanı qeydiyyata aldıq və fəaliyyət lisenziyası verdik. Çünki, tamamilə qanuna uyğun şəkildə formalaşmışdı.
İsa Qəmbər daha sonra deyib: Biz İslam Partiyasının təsisçilərinin bir çoxunu çox yaxşı tanıyırdıq və onlar müstəqillik uğrunda xalq hərəkatı zamanı və Azərbaycanın ərazi bütövlüyü uğrunda bizim kənarımızda mübarizə aparıblar.
İsa Qəmbər sözlərinin davamında belə dedi: Hər bir siyasi partiya ölkə konstitusiyası əsasında daxili və xarici siyasət, iqtisadi fəaliyyətlər və digər məsələlər haqda etiraz bildirmək haqqına sahibdir. İxtilaflar və problemlər yaranan zaman, haqsızlıqlara yol verildikdə xalqın müraciət edə biləcəyi bir məhkəmə olmalıdır. Lakin, təəssüflər olsun ki, Azərbaycanda belə bir mərcə mövcud deyil və 1993-cü ilin iyun hadisələrindən və hakimiyyətin ələ keçirilməsi ilə nəticələnən qiyamdan sonra bəzi qüvvələr hakimiyyətin və maraqlı şəxslərin mənafeyi istiqamətində qanunsuzluqlara və qanundan kənar hərəkətlərə zəmin yaradırlar. Belə ki, sistemli şəkildə fərdi azadlıqları, siyasi-ictimai azadlıqları məhdudlaşdırırlar. Bu rejim heç vaxt İslama və fərdi azadlıqlara səmimi və xeyirxah münasibət bəsləməyib.
Müsavat Partiyasının başqanı əlavə edib: Əsas odur ki, Milli Məclisdəki deputatları Prezident Administrasiyası təyin etməsin. İnanıram ki, azad bir seçkidə xalq savadlı, imanlı və fərdi-ictimai səlahiyyətlərə malik, xalqın və ölkənin qayğısına qalan insanları seçəcək. Qeyd olunan xüsusiyyətlərə malik millət vəkilləri xalq tərəfindən seçildiyi təqdirdə hər zaman ədalətli və xalqın maddi və mənəvi mənafeyini təmin edən qanunlar qəbul etməyə qadir olacaqlar.
İsa Qəmbər sözlərinin davamında belə dedi: Biz son hadisələrdə də İslam və islamçıları himayə etdik, hicab qadağasını rədd etdik, fərdi və söz azadlığının tərəfdarıyıq, partiyalar mitinq təşkil etmək və öz fikrini bildirmək haqqına malikdirlər. Müsavat Partiyası İslam Partiyasının həbsdə olan sədri və üzvlərini siyasi məhbus hesab edir və onların sərbəst buraxılmasını istəyir. Təqribən 10-12 il öncə Müsavat Partiyası ilə İslam Partiyası arasında əməkdaşlıq mövzusunda müzakirələrimiz olmuşdu və bu yolda müəyyən nəticələr də əldə edilmişdi. Yadımdadır biz əməkdaşlıqdan imtina etmədik, indi də əgər İslam Partiyası demokratik və dünyəvi bir respublika hökumətinin qurulmasını qəbul edərsə, biz əməkdaşlıq üçün danışıqlara hazırıq.