Tarix : 2012 Jul 11
Kod 31516

“Qadınlar və İslami oyanış” konfransı

Konfransda 85 ölkədən 1200 qadın iştirak edir
/Aran agentliyi

HaqqYolu - “Qadınlar və İslami oyanış” mövzusunda ilk konfrans bu gün dünyanın 85 ölkəsindən 1200 qadının iştirakı ilə İranın paytaxtı Tehranda öz işinə başlayıb.

Konfransın sədri Siddiqə Hicazi jurnalistlərə açıqlamasında bildirib: Bu konfransda iştirak edən qadınların 70 %-i sünni məzhəbli qadınlardırlar.

O deyib: Bu qadınların əksəriyyəti inqilab baş vermiş ölkələrdəndirlər və onlar İslami oayanış və onun əhəmiyyətini yaxşıca anlayırlar.

O konfrans çərçivəsində 6 xüsusi komissiyanın keçiriləcəyini bildirərək deyib: Bu komissiyalar İraq, Livan, İran, Tunis, Türkiyə və Azərbaycan respublikalarından olan Ümumdünya İslami Oyanış Təşkilatının Ali Şurasının üzvlərinin köməyi ilə keçiriləcək.

Qadınlar və İslami oyanış” konfransı ardıcıl keçirilən “İslami oyanış” konfranslarının davamıdır. İlk belə konfrans keçən ilin sentyabrında Tehranda Ümumdünya İslami Oyanış Təşkilatının təşkilatçılığı ilə keçirilmişdi.

  • Yazılıb
  • da (də) 2012 Jul 11