İran Islam Respublikasinin vətendaşı,Talişunas alim, yaziçi, publisisist Əli Əbdoli Azərbaycan Respublikasında həbs olunmuş talış ziyalısının ədalətsiz həbsini pisləyib
/Aran Agentliyi
İran Islam Respublikasinin vətendaşı,Talişunas alim, yaziçi, publisisist Əli Əbdoli Azərbaycan Respublikasında həbs olunmuş talış ziyalısının ədalətsiz həbsini pisləyib.
Əli Əbdoli Azərbaycan Respublikası Prezidenti və digər məsul orqanlarına yazdığı açıq məktubda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Prokurorluğunun onu İran təhlükəsizlik orqanının əməkdaşı olması barədə gülünc iddiasını ağ yalan olduğunu üzə çıxarıb.
Əli Əbdoli yazıb : “ Mən bir İran vətəndaşı olaraq heç bir idarə, şirkət nəzdində və ya hansısa bir şəxsə qulluq etmirəm. Mən müstəqil tədqiqatçı kimi 40 ildir ki, mədəniyyət sahəsində təmənnasız və minnətsiz fəaliyyət göstərirəm. Təəssüflər olsun ki, bir neçə ildir ki, Bakıda repressiv rejim heç bir dəlil olmadan mənim şəxsiyyətimi anti-İran siyasətinin hədəfinə alıb.“
Hilal Məmdovun iranlı dostu Əli Əbdoli əlavə edib : ”Mən bir Talışşünas kimi tanındığıma görə, məlum rejim hər dəfə bir mədəniyyət fəalı və ya jurnalisti məhv etmək istədikdə, mənim adımı irəli çəkir və rəsmi bəyanat və xəbərlərdə mənə qarşı əsassız ittihamlar irəli sürür. Bir neçə gün öncə “Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədov öncə narkotik maddə saxlama maddəsi ilə ittiham edildi və daha sonra qəfildən həmin ittihamı milli təhlükəsizliyə qarşı ittihamı ilə əvəzləyərək bir daha rəsmi bəyanat yaydılar və məni ona qarşı irəli sürülən ittihamlarda əməkdaş kimi qələmə veriblər.
Halbuki hamı bilir ki, mən 40 ildir ki, bir müstəqil araşdırmaçı kimi öz hesabıma peyşəkarcasına Tatçılıq və Talışünaslıq sahəsində fəaliyyət göstərirəm və bu tədqiqatlarımın nəticəsi olaraq indiyə qədər 18 ünvanda kitab və 40 məqalə dərc etmişəm. Həmin fəaliyyətlərimə görə 1992-ci ildə Azərbaycan Milli Akademiyası məni fəxri dokturluq dərəcəsi ilə təltif edib.”
Əli Əbdoli əlavə edib : “Vətənim İranı sevirəm və onun uğrunda canımı qurban verməyə belə hazıram. Amma ona xidmat etmak yulnda heç vaxt siyasi oyunlara qoşulmamışam və ittiham olunmağım üçün heç bir qeyri-səhih işə əl atmamışam. Hilal Məmmədov da digər Talış mədəniyyət fəalları kimi uzun illərdir ki, mənimlə dostdur və mən bu dostluqla fəxr edirəm. Amma bizim aramızda gizli heç nə olmayıb. Bəlli olan əməkdaşlığımız da heç vaxt Talış incəsənəti və mədəniyyəti çərçivsəindən qırağa çıxmayıb. Mən mərhum Novruzəli Məmmədovla da dost olmuşam. Təəssüflər olsun ki, repressiv rejim onu mənimlə əməkdaşlıq etdiyinə görə qətlə yetirdi və indi də Hilalı öldürmək niyyətinədir. Sonra növbə kimə çatacaq, Allah bilir. Ona görə ki, bu rejim milli azlıqları, xüsusi ilə Azərbaycan respublikası talışlarını boğmaq niyyətindədir.”
Imza: Ali Abdoli Hamzali oqlo
Səhər TV