Tarix : 2012 Jul 12
Kod 31530

Əliyevlərin inqilab qorxusu

İqtidar xalq üsyanından ehtiyat edir; narazılığın daha çox olduğu bölgələrdə Çevik Polis Alayı yaradır
/Aran Agentliyi

HaqqYolu - Azərbaycan hakimiyyəti ölkədə narazılığın gündən-günə artmasından və sonunda bunun sosial partlayışa səbəb olacağından ehtiyat edərək qabaqlayıcı tədbirlər görməyə başlayıb.

Redaksiyamıza daxil olan məlumatlara görə, iqtidar ən çox narazılıq olan rayon və şəhərlərdə Çevik Polis Alayı dəstələri yaradır. Hələlik bu rayon və şəhərlərdən “Azadlıq”a bəlli olanları aşağıdakılardır: Gəncə, Ağcabədi, Bərdə, Mingəçevir və Hacıqabul.

Məlumatlara görə, adıçəkilən rayon və şəhərlərdə yaradılan Çevik Polis Alayı dəstələrinə əsasən idmançılar götürülür.

Məlumatlarda o da bildirilir ki, daha sonra Lənkəran, Sabirabad, İmişli və digər rayonlarda da analoji dəstələr yaradılacaq. Hakimiyyətdə düşünürlər ki, adıçəkilən rayonların hər birində Quba olaylarının təkrarlanması realdır. Məsələn, Bərdə və Gəncədə yerli hakimiyyət tərəfindən vətəndaşlara edilən zülm ərşə çatıb. Söküntülər, məmur özbaşınalığı, qanunsuz həbslər və s. bu kimi qanunsuzluqlar artıq sakinlərin səbr kasasını daşırmaqdadır. Hakimiyyət də bütün bunların fərqində olduğu üçün indidən ehtiyatını görür.

  • Yazılıb
  • da (də) 2012 Jul 12