''Hacı Vaqif indiyədək hicab məhbusu idi, lakin bu gündən O, Azərbaycan oğulları üçün ''Hicab şəhidi'' kimi xatirələrdə yaşayacaq''
/Aran Agentliyi
"Hacı Vaqif indiyədək hicab məhbusu idi, lakin bu gündən O, Azərbaycan oğulları üçün "Hicab şəhidi" kimi xatirələrdə yaşayacaq"
HaqqYolu - "Hacı Vaqif indiyədək hicab məhbusu idi, lakin bu gündən O, Azərbaycan oğulları üçün "Hicab şəhidi" kimi xatirələrdə yaşayacaq"
HƏBSDƏ OLAN AİP-in SƏDR MÜAVİNİ VAQİF ABDULLAYEV DÜNYASINI DƏYİŞİB
FaktXeber.com-un verdiyi məlumata görə, AİP-in həbsdə olan sədr müavini Vaqif Abdullayev dünyasını dəyişib. Vaqif Abdullayev Pentensiar Xidmətinin Müalicə müəssisəsində dünyasını dəyişib. Azərbaycan İslam Partiyasının həbsdə olan sədr müavini Vaqif Abdullayev dünyasını dəyişib.
Artıq ölkənin bir çox ruhanisi Hacı Vaqif Abdullayevin vəfatı ilə əlaqədar onun ailəsinə və yaxınlarına baş sağlığı veriblər. İlahiyyatçı Hacı Sərdar Hacıhəsənlinin ünvanladığı başsağlığı məktubunda bildirilir: "Hamımız Allahdan və ona tərəf qayıdacağıq. Quranda buyurulur ki, möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər.
Hacı Vaqif indiyədək hicab məhbusu idi, lakin bu gündən O, Azərbaycan oğulları üçün “Hicab şəhidi” kimi xatirələrdə yaşayacaq. Hacı Vaqif Abdullayevin vəfatı münasibəti ilə ilk növbədə onun ailə üzvlərinə daha sonra hicaba azadlıq uğrunda həbsdə olan digər silahdaşlarına və Azərbaycanın müsəlman və qeyrətli oğullarına baş sağlığı verirəm. Allah rəhmət eləsin."
Bundan əlavə həbsdə olan ilahiyyatçı Hacı Tale Bağırov, MMDİB sədri Hacı Mehdi Məmmədov, İslamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramov, Azadxeber.org saytının baş redaktoru Nicat Əliyev, Bülbülə məscidinin axundu Hacı Mövsüm Novruzov, Elmar Səmədov, Ağaəli Yəhyayev və digər "hicab məhbusları" AİP funksianeri Hacı Vaqif Abdullayevin vəfatı ilə bağlı, Azərbaycan xalqına, ailəsinə, yaxınlarına, dostlarına baş sağlığı verir və Allahdan ailəsi üçün səbr diləyib.
VAQİF ABDULLAYEVİN MEYİTİ EKSPERTİZAYA GÖNDƏRİLİB
Qeyd edək ki, artıq Azərbaycan İslam Partiyası sədrinin müavini Vaqif Abdullayevin ölümünün səbəbini aydınlaşdırmaq üçün meyit Nizami Rayon Məhkəmə Tibbi Ekspertiza Şöbəsinə göndərilib. Bunu Nizami rayon prokurorunun böyük köməkçisi Mobil Şəfiyev deyib. Mobil Şəfiyevin sözlərinə görə, prokurorluğun əməkdaşı meyiti ekspertə birlikdə müayinə edib, sonra meyit daxili müayinə üçün tibbi ekspertizaya aparılıb: “Ekspertizanın rəyindən sonra qərar qəbul ediləcək. Meyit təşrih olunduqdan və ölümün səbəbi aydınlaşdıqdan sonra ailəsinə təhvil veriləcək”.
Vaqif Abdullayevin kürəkəni Aqil Axundlu “Media forum” saytına deyib ki, meyit təşrih olunmaq üçün məhkəmə tibb ekspertizasındadır: “Biz hələ dəqiq bilmirik Vaqif müəllim gecə saatlarında, yoxsa səhər rəhmətə gedib. Dünən ailə üzvləri onunla görüşə getmişdi. Amma buraxmamışdılar. Hələ dəqiq bilmirik ki, bu gün meyit ailəyə təhvil veriləcək, ya yox”.
Vaqif Abdullayev Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsində dünyasını dəyişib. Onun səhhəti ağırlaşdığına görə may ayında müalicə müəssisəsinə köçürülmüşdü. Qan xərçəngi xəstəliyinə tutulduğu ehtimal olunurdu. May ayından Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsinə yerləşdirilən dustağın müayinəsi aparılmışdı, vəziyyəti ağır qiymətləndirilirdi və son diaqnozun bir neçə günə bilinəcəyi deyilirdi.
Qeyd edək ki, bir müddət öncə Vaqif Abdullayevin qan nümunələri Onkologiya xəstəxanasına göndərildikdən sonra məlum olub ki, AİP funksionerinin qanında xərçəng xəstəliyi var. Həkimlər onun xəstəliyi ilə əlaqədar qapalı şəraitdə saxlanıla bilməməsi rəyini vermiblər. Buna baxamayaraq onun azadlığa buraxılmasına və ailə üzvləri ilə görüşünə icazə verilməmişdi.
Xatırladaq ki, Vaqif Abdullayev 2011-ci ilin yanvarın 7-də yol polisi tərəfindən saxlanılıb və barəsində Nərimanov rayon məhkəməsi tərəfindən 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq edilib. Daha sonra barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 228.3 və 278-ci maddələri üzrə istintaqa cəlb edilib. Bakı Ağır Cinayətlər məhkəməsinin 7 oktyabr 2011– ci il tarixli hökmü ilə Vaqif Abdullayev 11 il müddətinə azadlıqdan məhrum edilib. AİP funksionerinin apellyasiya şikayəti təmin olunmayıb.