Tarix : 2012 Jul 12
Kod 31535

''AİP Funksionerindən sanki qisas alınırdı''

Anar Qasımlı: ''Hesab edirəm ki, bu cəza qanunun məqsədlərinə yox, qisasçılıq prinsipinə xidmət etdi''
/Aran Agentliyi

Anar Qasımlı: "Hesab edirəm ki, bu cəza qanunun məqsədlərinə yox, qisasçılıq prinsipinə xidmət etdi"

HaqqYolu - Anar Qasımlı: "Hesab edirəm ki, bu cəza qanunun məqsədlərinə yox, qisasçılıq prinsipinə xidmət etdi"

Çox təəssüflər ki, Vaqif Abdullayevə qarşı sərgilənən münasibət humanizm prinsiplərindən kənar idi. O, yaxınları ilə görüşərkən ailə üzvlərini tanımamışdı. Bu onun xəstəliyinin ağırlığına sübut üçün kifayət idi.” Bu sözləri FaktXeber.com-a Vaqif Abdullayevin vəkili Anar Qasımlı söyləyib. Azərbaycanda bu cür halların baş verməsindən təəssüf hiss keçirdiyini qeyd edən vəkil, “hətta AİP funksioneri ən qatı cinayətkar olsaydı belə həmin vəziyyətdə mütləq şəkildə evə buraxılmalı idi”,-deyə bildirdi: “Çox təəssüf ki, ona ailə üzvləri ilə belə görüşə imkan verilməyib. Sonuncu dəfə yaxınları arasında onu görən yeganə insan mən olmuşam. Baş verən olay ölkənin imici və məhkəmə sistemimiz üçün başucalığı gətirməyəcək. Baş verənlər ona qarşı bir haqsızlıq idi. Hesab edirəm ki, bu cəza qanunun məqsədlərinə yox, qisasçılıq prinsipinə xidmət etdi.”

Vəkil onu da qeyd etdi ki, hökumət AİP funksionerini azadlığa buraxmamaqla onun səhhətinə qarşı laqeydlik göstərdi.

  • Yazılıb
  • da (də) 2012 Jul 12