Tarix : 2012 Jul 12
Kod 31536

''Vaqif Abdullayev bizim üçün mübarizlik və şəhidlik nümunəsidir''

Elçin Manafov: ''Vaqif Abdullayev əqidəsi uğrunda canından keçdi''
/Aran Agentliyi

 

HaqqYolu - Elçin Manafov: "Vaqif Abdullayev əqidəsi uğrunda canından keçdi"

 “Vaqif Abdullayevin ölümü ilə bağlı hər hansı bir söz deməyə ehtiyac yoxdur. Çünki Vaqif Abdullayev bariz şəhidlik və mübarizlik nümunəsidir. Xoş halına ki, mübarizə uğrunda dünyasını dəyişdi.” Bu sözləri AİP-in həbsdəki sədr müavini Vaqif Abdullayevin ölümü ilə bağlı FaktXeber.com-a açıqlama verən partiyanın sədr əvəzi Elçin Manafov söyləyib. AİP sədri onu da qeyd etdi ki, Vaqif Abdullayev adi yataqda yox, məhz mübarizə meydanında dünyasını dəyişdi: “İmam Hüseyn(ə) buyurub ki, xoş o, kəslərin halına onlar yatdıqları yerdə yox, mübarizə meydanında dünyalarını dəyişərlər. Vaqif Abdullayev də əqidəsi uğrunda öz canından keçdi.O, bizim üçün gözəl nümunələrdəndir. Allah rəhmət eləsin.”

Vaqif Abdullayevin qeyri-qanuni və günahsız yerə ağır bir cəzaya məhkum olunduğunu bildirən Elçin Manafov, “barəsində hər hansı bir istintaq işi aparılmadan və sübutlar gətirilmədən onu 11 il azadlıqdan məhrum etmişdilər”,-deyə bildirdi: “İnsana bundan ağır mənəvi sarsıntı ola bilməz. Belə ki, sənə qarşı heç bir sübut və dəlil gətirmədən əsassız yerə 11 il həbs cəzası verirlər. Bu cəzaya dözməyə Vaqif Abdullayevin sağlamlığı imkan vermədi.”

  • Yazılıb
  • da (də) 2012 Jul 12