Tarix : 2012 Jul 12
Kod 31537

AİP sədrinin müavini Vaqif Abdullayevin cənazəsi torpağa tapşırılıb

Dəfn mərasimində mərhumun qohumları ilə bərabər, partiyanın rəhbərliyi və üzvləri, həmçinin sıravi dindarlar iştirak ediblər
/Aran Agentliyi

Dəfn mərasimində mərhumun qohumları ilə bərabər, partiyanın rəhbərliyi və üzvləri, həmçinin sıravi dindarlar iştirak ediblər

HaqqYolu - Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Vaqif Abdullayevin cənazəsi bu gün Dədə Qorqud qəsəbəsindəki qəbristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun qohumları ilə bərabər, partiyanın rəhbərliyi və üzvləri, həmçinin sıravi dindarlar iştirak ediblər. Ümumilikdə, mərasimə 300-ə yaxın insan qatılıb. Onlar "Allahu Əkbər!", "La ilahə iləllah!", "Zillət bizdən uzaqdır!" şüarlarını səsləndiriblər.

Dəfndə iştirak edənlər əllərində Azərbaycanın və partiyanın bayraqlarını, AİP sədri Mövsüm Səmədov və onunla birgə həbs edilənlərin şəkilləri əks olunan plakatları tutublar. (SalamNews)

  • Yazılıb
  • da (də) 2012 Jul 12