Tarix : 2012 Jul 12
Kod 31538

Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsinin Bəyanatı

İnna lillahi və inna iləyhi raciun!
/Aran Agentliyi

 

Ötən il şərlənərək həbs edilmiş hicab müdafiəçilərindən olan Vaqif Abdullayevin həbsxanada ölüm xəbəri bütün dini cəmiyyəti və ədalətsevər insanları kədərləndirdi. Belə bir imanlı, şücaətli və qeyrətli şəxsin bütün müsəlman xalqımızın gözü önündə bilərəkdən, xəstə halda həbsdə saxlanılaraq dünyasını dəyişməsi milli faciələrimizdəndir. Həbsxanada baş verən belə hadisələr bizə 37-ci illərdə kommunist rejiminin qeyrətli, mömin və şərəfli din xadimlərini və vətəndaşlarımızı Sibirdə şəhid etməsini xatırladır.

Bu acı hadisə münasibəti ilə Vaqif Abdullayevin ailəsinə, övladlarına, eləcə də bütün müsəlman xalqımıza baş sağlığı veririk. Ümid edirik ki, müqəddəs İslam və Quranın hökmlərini qorumaq uğrunda həbsxanada dünyasını dəyişən qardaşımıza Allah-Taala ən böyük şəhidlik məqamını lütf edəcək!

HHQM MK

mətbuat xidməti

2012-07-12

Hicab.org

  • Yazılıb
  • da (də) 2012 Jul 12