Tarix : 2012 Jul 15
Kod 31560

''Qərbin İrana qarşı hansısa hərəkətlərində iştirak etməyəcəyik”

Biz Azərbaycan olaraq Qərbin İrana qarşı hansısa hərəkətlərində iştirak etməyəcəyik
/Aran Agentliyi

Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib: “

Biz Azərbaycan olaraq Qərbin İrana qarşı hansısa hərəkətlərində iştirak etməyəcəyik.”

İran da bunu nəzərə alsın” deyən Əli Həsənov  həmçinin İyulun 12-də İranın təhsil və təlim naziri Həmidrza Hacıbabayi Azərbaycan prezidenti İlham Əliyevə Prezident Əhmədinejadın dəvət məktubunu çatdırmasından məmnuluq ifadə edib.

Əli Həsənov mediada dərc olunmuş açıqlamasında  Prezident İlham Əliyevə göndərilmış Bloklara Qoşulmama Hərəkatına üzv dövlətlərin Tehranda keçiriləcək sammitinə dəvət məktubu barəsində də deyib : ““O məktubu elə-belə də göndərə bilərdilər. Məktubu nazir gətirib və orada İran prezidenti Mahmud Əhmədinejadın cənab prezident İlham Əliyev barədə xüsusi xoş fikirləri var, bunlar da lazım olanda açıqlanacaq.”

Azərbaycan Respublikasının İran ilə tarixi bağlılığına işarə edən Əli Həsənov əlavə edib : “Biz uzun müddət eyni imperiyaların tərkibində yaşamışıq, eyni mədəniyyəti, dini bölüşürük. İranda çoxlu azərbaycanlı yaşayır, biz onların maraqlarını nəzərə alırıq.”

 

Əli Həsənov eyni halda rəsmi Bakının tənqidlərlə üzləşmiş yalnış siyasətlərinə bəraət qazandırmaq məqsədi ilə  deyib : “İrandan xahiş edirik ki, bizim daxili işlərimizə müdaxilə etməsin. Bizi öz istədiyi dövlət kimi görməyə çalışmasın. Azərbaycan xalqının öz iradəsi, seçimi, konstitusiyası var. Bizim dini modelimiz də, vətəndaş münasibətlərimiz də, xarici siyasətimizin tələbləri də fərqlidir. Xarici dostlarımızı özümüz seçirik. Düşmənlər özləri bunu edir və düşmənlərimizin çoxu İranla dostluq edir. Amma biz buna da qarışmırıq, heç vaxt İranı ittiham etmirik ki, Ermənistanla dostluq etdiyinə görə bizim düşmənimizsən. İran da İsraillə düşmənçilik etdiyinə görə bizi avtomatik olaraq İsraillə düşmən etməyə çalışmasın.”

May ayında ruhanilər  və müsəlman xalqın etirazları nəticəsində Bakıda qey-paradın baş tutmamasından və pozğunluq yayan Avroviziya mahnı müsabiqəsinin zəif keçməsindən narazı qalmaqla ruhaniyyəti təhqir edərək xalqın tərəfindən arzuolunmaz şəxs kimi tanınan Əli Həsənov vurğulayıb ki, baxmayaraq Azərbaycanın ev sahibliyi etdiyi “Avroviziya 2012” mahnı yarışı ərəfəsində İran tərəfi tamamilə qeyri-konsturuktiv mövqe tutub, xüsusən də bu ölkənin ruhaniyyəti antiazərbaycan fəaliyyətini zirvəyə qaldırıb.

Təzadlı fikirlərinin davamında yenə də nəzakətə tam riayət edə bilməyən Əli Həsənov  əlavə edib : “ İran da anlayıb ki, Azərbaycandan ona düşmən çıxmaz, Azərbaycan ona düşmən olmayacaq. Ona görə də bizim ölkəmizə qarşı süni düşmənçilik yaratmağın heç bir perspektivi yoxdur”.

 

 

 

  • Yazılıb
  • da (də) 2012 Jul 15