Tarix : 2012 Jul 15
Kod 31561

Bahar Muradova müxalifəti aşaqılayıb

Avropa İttifaqı rəhbərinin müxalifətçilərlə görüşməməsi onlara olan münasibətin ifadəsidir
/Aran Agentliyi

 

Prezident İlham Əliyevin müxalifətlə bağlı Nazirlər Kabinetinin son müşavirəsində söylədikləri fikirləri dəstəkləyən Bahar Muradova deyib:

Avropa İttifaqı rəhbərinin müxalifətçilərlə görüşməməsi onlara olan münasibətin ifadəsidir. Yəni bu insanların Azərbaycanın siyasi həyatına hər hansı təsirinin olmadığını düşünənlərin sırası genişlənir və onları perspektivsiz hesab edirlər.”

YAP İdarə Heyətinin üzvü prezident İlham Əliyevin daimi prezident olmasına köklənmiş 2009-ci ildəki Konstitusiya dəyişikliyinə bəraət qazandırıb və  deyib:” Referendum keçirildi və qanunun qəbulu üçün konstitusiya hüquqi əsas yaratdı. Daha sonra isə eks-prezidentlər haqqında konstitusiya qanunu qəbul olundu. Amma bu sənəd qəbul olunandan sonra müxalifət nə deyir? İddia edirlər ki, guya bu qanunu prezident İlham Əliyev özünə görə qəbul etdirib. Görün, nə qədər məntiqsiz düşüncədir.”

Qeyd etmək lazımdir ki, Azərbaycan Respublikasında hakimiyyətdən getmiş prezidentlərin özlərini və ailəsini  siğortalayan  qanun son aylarda bir neçə ölkədə  despotik  prezidentlərin devrilməsindən sonra qəbul olunmuşdur. Bundan əvvəlki illərdə rəsmi Baki uzun illər eks-prezidentlərlə bağlı qanunun qəbuluna yol vermirdi.

 

  • Yazılıb
  • da (də) 2012 Jul 15