Tarix : 2012 Jul 15
Kod 31565

Hacı İlqar Əliyevin məhkəməsi niyə yubanır?

Ruhani ittihamı qəbul etmədiyinə görə məhkəməsi yubadılır
/Aran Agentliyi

Ruhani ittihamı qəbul etmədiyinə görə məhkəməsi yubadılır

Tanınmış Cəlilabad ruhanisi Hacı İlqar Əliyevin məhkəməsi artıq 3 həftədir ki, yubadılır.

Bununla bağlı ruhaninin yaxınları bildirirlər ki, Hacı İlqar Əliyev saxlanıldığı gündən ittiham olunduğu cinayət məcəlləsinin 234.1-ci maddəsini qəbul etməyib. Bu günə qədər də, heç bir kağıza imza atmayıb. Məhkəmədə çox güman İlqar Əliyevin ittihamı qəbul etmədiyinə görə yubadılır. Ruhani saxlanıldığı gündən şərləndiyi və üzərinə qoyulan maddəni qəbul etməyəcəyini dəfələrlə deyib.

Cəlilabad ruhani və dindarları Hacı İlqarın şərlənərək həbs olunmasından çox narazıdır və onun tezliklə azadlığa çıxmasını tələb edirlər.

Cəlilabad ruhanisi Hacı İlqar 3 həftə öncə keçirilən məhkəməsində çıxışında demişdi ki, "Həqiqət budur ki, mən hicaba qoyulan qadağaya və gey parada haqlı etirazımı bildirmişəm və buna görə də həbs olunmuşam. Mən öz adımla həbs olunmağa hazıram. Sizlər Allahdan qorxun. İnşallah bir gün gələcək bütün insanlar  sorğu-sual olunacaq."

Xatırladaq ki, Hacı İlqar Əliyev may ayında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunaraq həbs olunub. Kürdəxanı istintaq təcridxanasında saxlanılır.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Jul 15