Tarix : 2012 Jul 15
Kod 31569

VAQİF ABDULLAYEVİN ÖLÜMÜ ÇOX ACINACAQLI BİR HADİSƏDİR

İsa Qəmbər: ''Hakimiyyət ağır xəstə olan insanları saxta ittihamlarla və mənasız arqumentlərlə həbsə atması azmış kimi, onları ailə üzvləri ilə belə görüşməyə şərait yaratmır
/Aran Agentliyi

 

İsa Qəmbər: "Hakimiyyət ağır xəstə olan insanları saxta ittihamlarla və mənasız arqumentlərlə həbsə atması azmış kimi, onları ailə üzvləri ilə belə görüşməyə şərait yaratmır"

Məlum olduğu kimi dünən həbsdə olan AİP-in sədr müavini Vaqif Abdullayev həbsxanada dünyasını dəyişdi. Eyni halda baş verən olay ölkə gündəmində ciddi ajiotaj doğurdu. Vaqif Abdullayevin ölümü ilə bağlı FaktXeber.com-a açıqlama verən Müsavat başqanı İsa Qəmbər, Müsavat Partiyası olaraq Vaqif Abdullayevin ölümündən kədərləndiklərini, ailə üzvlərinə və yaxınlarına başsağlığı verdiklərini bildirdi. AİP funksionerinin həbsdə vəfat etməsinin çox acınacaqlı bir hadisə olduğunu bildirən İsa bəy, “artıq neçənci dəfədir ki, siyasi məhbuslar həbsxanalarda dünyalarını dəyişirlər ”,- deyə bildirdi: “İqtidarın xalqa və millətinə qarşı düşmən münasibəti burada da özünü göstərir. Hakimiyyət ağır xəstə olan insanları saxta ittihamlarla və mənasız arqumentlərlə həbsə atması azmış kimi, onları ailə üzvləri ilə belə görüşməyə şərait yaratmır. Bu çox qeyri-insani bir davranışdır.”

Sonda İsa bəy vurğuladı ki, Müsavat Partiyası olaraq baş verən olayı qətiyyətlə pisləyirik və cəmiyyətimizi insanların azad və hüquqlarını qorunmasında fəal olmalarını arzu edirik.

Faktxeber.com

  • Yazılıb
  • da (də) 2012 Jul 15