Hicab şəhidi Hacı Vaqif Abdullayev dünən dəfn olunub.Bu münasibətlə Nardaran ağsaqqallar şurasının sədri Kərbəlayi Natiq Kərimov münasibət bildirmişdir
/Aran Agentliyi
Hicab şəhidi Hacı Vaqif Abdullayev dünən dəfn olunub.Bu münasibətlə Nardaran ağsaqqallar şurasının sədri Kərbəlayi Natiq Kərimov münasibət bildirmişdir
Mehriban və bağışlayan Allahın adı ilə.........
İmam Hüseyn(ə) məktəbinin ardıcıllarından olan Hacı Vaqif Abdullayev bu gün şəhadətə yetişmişdir.Bu münasibətlə ailəsinə və Azərbaycan xalqına ilk öncə baş sağlığı verirəm, Allahdan səbr diləyirəm və şəhadəti münasibətilə təbrik edirəm.İmam Hüseyn(ə) fəlsəfəsini və yolunu dərk edən bir millət,bir xalq şübhəsiz səadətə nail olacaq.Bizim həbsdə olan hicab məhbusları qardaşlarımız yaxşı deyir:"Biz həbsdə deyilik,biz azadıq.O şəxslər həbsdədir ki,hicabı müdafiə etmirlər".Həqiqətəndə bizlər mənəvi olaraq zindandayıq.Hacı Vaqif azad kişilərdən biri idi şəhid oldu.Şəhid Vaqif Abdullayev şəhid olan günə qədər vətən və islam dedi və bu yolda şəhid oldu.Əgər bizim xalqımız şəhid verə bilirsə inşallah azad olunan xalqlardan olacaq.Sizlərədə təşəkkür edirəm ki, Azərbaycanın İslami cameəsindəki problemləri mediada işıqlandırırsınız.Allah sizləri və İslam üçün iş görən hər kəsi müvəffəq etsin.
Xebername.az