Nahaq qan yerdə qalmayacaq, gec-tez həqiqət öz yerini tutacaq. Biz buna əminik.
/Aran Agentliyi
Bu heç kimə sirr deyil ki, ölkəmizdə İslama qarşı təzyiqlər var. Yuxarıdakıların və onların kölgələrinin “Din dövlətdən ayrıdır” deyimi buna bir sübutdur. Dini dövlətdən ayıranda olar Dinsiz Dövlət.
Dinsiz dövlət arzusunda olanlar Allahla müharibəyə başladılar. Azan qadağası, məscid söküntüsü, hicab qadağası, ölkəmizdə mənəviyyatsızlığın yayılması; bunların hamısı Dini Dövlətdən ayıranların Allaha qarşı açdığı savaşda “silah” qismində işləndi.
Allah qanunlarının əksinə “qanun” qəbul etmək özünü Allahdan ağıllı bilmək deməkdir. Özlərini Allahdan ağıllı bilənlər Allah qanunlarının əksinə yeni-yeni qanunlar icad etdilər.
Allaha (c.c.) və Onun qanunlarına qarşı çıxmaq böyük cinayətdir. Dəhşətli cinayətə heç vaxt haqq qazandırmaq olmaz. Bu cinayətin icraçıları layiq olduqları cəzanı nə vaxtsa alacaqlar. Heç bir haqsızlıq cavabsız qalmır.
Bu qadağalarla, bu “yeni” qanunlarla onlar Allaha qalib gələcəklərini fikirləşdilər. Dədə-babaları da belə fikirləşirdi. Amma....
Amma onlar Allahın (c.c.), Allah dəstəsinin QALİB olduğunu unudublar.
Azərbaycanımızın qeyrətli, vicdanlı müsəlman oğulları bu haqsızlığa göz yuma bilmədilər. Ürəyinin hökmü ilə meydana atılan, haqq deyən kişilərimizin şücaətini unutmaq olmur.
Belələrindən biridə Hacı Vaqif Abdullayev idi. Hacı xalqına, millətinə, vətəninə bağlı bir insan idi. Dinimizin, Quranımızın ayaqlar altına atılmasına göz yuma bilməyən bu dəyərli insan şərlənərək zindana atıldı. Və ömrünü də zindanda şəhadətlə başa vurdu. Şəhadətin mübarək olsun Hacı!
Artıq daha yaxşı anlayıram ki, NƏFƏS almaq YAŞAMAQ deyilmiş. Hacı, nə səni unudacaq qədər zaman keçəcək, nə keçən günlər səni unutmağa bəs edəcək. Çox keçmədən inşa Allah İmam Zaman Ağamız (ə.f.) da zühur edəcək.
Nahaq qan yerdə qalmayacaq, gec-tez həqiqət öz yerini tutacaq. Biz buna əminik.
Araz Quliyev
HaqqYolu