İran İslam Respublikasının təhsil naziri Azərbaycan Respublikasının xarici işlər naziri ilə görüşdə iki ölkə münasibətlərinin genişləndirilməsini vurğulayıb
  /Aran Agentliyi
İran İslam Respublikasının təhsil naziri Azərbaycan Respublikasının xarici işlər naziri ilə görüşdə iki ölkə münasibətlərinin genişləndirilməsini vurğulayıb.
 
İranın təhsil naziri Həmidrza Hacıbabayi Azərbaycan Respublikasının xarici işlər naziri ilə görüşdə iki ölkənin çoxlu ortaqlıqlarına toxunaraq qonşularla münasibətlərin genişlənməsini İran İslam Respublikasının prioritetlərindən sayıb.
 
Azərbaycan Respublikası prezidenti ilə müsbət görüşünə toxunan Həmidrza Hacıbabayi deyib: Tehranda keçiriləcək Bloklara Qoşulmayan Ölkələr Təşkilatının zirvə toplantısında Azərbaycan Respublikası prezidentinin iştirakı ilə ikitərəfli münasibətlər daha da inkişaf edəcək.
 
Görüşdə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov da İranın təhsil nazirinin Bakıya səfərindən razı qaldığını bildirərək deyib: İran regionda önəmli qüdrətdir və Bakı bütün sahələrdə İranla münasibətlərin inkişafına əhəmiyyət verir.
 
Azərbaycan Respublikası xarici işlər naziri Bloklara Qoşulmayan Ölkələr Hərəkatının əhəmiyyətini qeyd edərək bu hərəkatda aktiv iştirak üzrə Bakının siyasətini vurğulayıb.
 
Qeyd etmək lazımdır ki, İranın təhsil naziri cümə axşamı günü Bloklara Qoşulmayan Ölkələr Hərəkatının zirvə toplantısında iştirak etmək üçün İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejadın dəvət məktubunu Azərbaycan Respublikası prezidenti İlham Əliyevə təqdim edib.
 
Bu görüşdə Azərbaycan Respublikası prezidenti də öz iranlı həmkarına salamını çatdıraraq qarşılıqlı münasibətlərin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb və Bloklara Qoşulmayan Ölkələr Hərəkatının zirvə toplantısını önəmli sayaraq bu beynəlxalq iclasda iştirak edəcəyini bildirib.
 
Bloklara Qoşulmayan Ölkələr Hərəkatının 16-cı zirvə toplantısı 30-31 avqustda Tehranda keçiriləcək.
 
Azərbaycan Respublikası ötən il bu hərəkatın xarici işlər nazirlərinin İndoneziyanın Bali şəhərində keçirilən toplantısı zamanı rəsmi şəkildə bu quruma üzv olub.