Tarix : 2012 Jul 15
Kod 31586

AİP-in sədr müavininin şəhadətində gecikmək-Sanki onların hamısının oxşar taleyi vardır

Görəsən, digər azərbaycanlı dindarların taleyini nə gözləyir? Hazırda AİP sədri doktor Mövsüm Səmədov də olmaqla yüzdən yuxarı azərbaycanlı dindar ölkənin zindanlarındadır
/Aran Agentliyi

Görəsən, digər azərbaycanlı dindarların taleyini nə gözləyir? Hazırda AİP sədri doktor Mövsüm Səmədov də olmaqla yüzdən yuxarı azərbaycanlı dindar ölkənin zindanlarındadır

AranNews - 17 mart 2011-ci ilin cümə axşamı günü Azərbaycan İslam Partiyasının qurucusu Hacı Əlikram Əliyevin şəhadətsayağı vəfat xəbəri yayıldı. Bu dəfə isə digər bir cümə axşamı (12 iyul 2012) Azərbaycanın islami hərəkatının tarixində Hacı Vaqif Abdullayevin şəhadət günü kimi yazıldı. Azərbaycanlı dindarlar son iki əsrdə qəmli həyat yaşayıblar  – kommunistlər dövründə şəhid edilən alimlərdən tutmuş, mərhum Hacı Əlikram Əliyev və bu gün Hacı Vaqif Abdullayevə qədər.

Azərbaycanın bu günkü dindarlarının, xüsusilə də Hacı Əlikram Əliyev və bu gün Hacı Vaqif Abdullayevin taleyi bir-birinə çox oxşayır. Hər ikisi eyni işdə təqsirli bilindi: dini etiqadları müdafiə etmək. Bakı dövlətinin onlara qarşı ittihamı eyni idi: xəyanət. Hər ikisi eyni cəzaya məhkum olundu: zindan.  Hər ikisi həbsdə oxşar çətinliklər çəkdilər və Bakının rütubətli və qeyri-standart həbsxanalarında müxtəlif xəstəliklərə düçar oldular və hər ikisi xəstəliklərinin bərkiməsi səbəbinə son dərəcədə məzlumluqla canlarını Yaradana təslim etdilər. Maraqlı budur ki, hər ikisinin vəfatı cümə axşamı günüdür və bunun da İslam mədəniyyətində xas bir mənası vardır.

Əlbəttə, bunların bir fərqi vardır: mərhum Hacı Əlikram ömrünün son anlarını ailəsinin yanında başa vurdu. Amma mərhum Hacı Vaqifin ailəsi onun cismi vəziyyətinin ağır olmasını bilirdilər. Ona görə də onunla görüşmək istəyirdilər, lakin zindan məmurları bu görüşə mane olduqları üçün onlar Hacı Vaqifin son gün və saatlarında onunla görüşməkdən məhrum oldular.

Görəsən, digər azərbaycanlı dindarların taleyini nə gözləyir? Hazırda AİP sədri doktor Mövsüm Səmədov də olmaqla yüzdən yuxarı azərbaycanlı dindar ölkənin zindanlarındadır.

 

  • Yazılıb
  • da (də) 2012 Jul 15