Tarix : 2012 Jul 15
Kod 31592

Türkiyənin tanınmış mübarizi: AİP-in sədr müavininin şəhadəti xəbərindən olduqca təsirləndim

Doktor Səmədov kimi azəri islamçıları agah, fəal və azadlıqsevər insanlarıdır. Biz mütləq onların yanında olacağıq.
g/Aran Agentliyi

AranNews - Hüda Kaya hicab və iffət ərsəsinin fəalları üçün çox tanış bir şəxsiyyətdir. Bu türkiyəli qadın ölkəmizə "Qadın və İslami Oyanış" konfransında iştirak etmək üçün səfər etmişdi və şənbə və bazar günləri (14-15 iyul) Təbrizdə oldu. İctimai və mədəni ərsələrin fəallarından olan Kaya ölkəminzdə bir sıra tədbirlərə qatıldı və çıxışlar etdi. Bu tədbirlərin birində "Aran" -ın müxbiri üçün hicab və iffət fəalı olan bu qadından müsahibə götürmək fürsəti yarandı. Oğlu və gəlninin də qatıldığı bu müsahibədə xanım Hüda Kaya səbir və hövsələ ilə özünün etiqad və sərgüzəştlərindən, həmçinin İran, Türkiyə, Azərbaycan, Suriya və s. ölkələrdə baş verən hadisələrdən danışırdı. Aşağıdakı mətləblər onun söhbətlərindən parçalardır:

-  *Mən, 9 oktyabr 1960 -cı ildə İstanbulda dünyaya gəlmişəm. 18 yaşımda ikən yuxu gördüm və bu yuxuda "Furqan" surəsinin 10-cu ayəsini mənə oxudular. O vaxtdan bütün varlığımla İslam təlimlərinə bağlandım.

- *Təqribən 15 il bundan qabaq hicabla bağlı məqaləmə görə 20 ay həbsdə oldum və azad olduqdan 3 ay sonra qızımla birlikdə həbs olundum. Sonra isə dövlət çevrilişinə cəhd kimi əsassız ittihamlarla edam hökmünə məhkum oldum. Qızlarım televiziya verlişlərinin birində şer və azadlıq duası oxuduqları üçün məhkum oldular. Halbuki, onlar hələ orta məktəb şagirdləri idilər.

- *Bir müddət sonra çoxlu etirazlardan və əsassız ittihamların rəddindən sonra Ali Məhkəmə hökmü geri götürdü və biz yenidən həbsə  məhkum olduq. Kiçik qızım qanuni yaş həddinə çatmadığı üçün 10 ay həbs çəkdi. Başqa bir qızım 1 il, o birisi isə 2 il həbs cazasına məhkum oldular.

- *Mən o vaxtlar 4 dəfə həbsdə oldum və hamısı birlikdə 3 il çəkdi. Bu sözləri indi dildə demək asandır, amma onların hər biri mənim üçün ağır və acı əziyyəti xatırladır.

- *İnsanlar adətən, onların ixtiyarında olan nemətlərin qədrini bilmirlər. Hər dəfə İrana gələndə buradakı azadlığın həsrətini çəkirəm. İranlı qızlar və xanımlar nemətə qərq olublar, amma bilmirəm, bunun qədrini bilirlər, ya yox.

- *İrandakı azadlıq mənim üçün bir yuxudur. Biz bu iki gündə bir neçə proqramda iştirak etdik. Bu proqramların hamısında mənim sözlərim azərbaycan dilinə tərcümə edilirdi. İranda camaat idarələrdə və universitetlərdə heç bir problemlə üzləşmədən öz ana dillərində söhbət edə bilirlər. Amma Türkiyədə belə deyil və türkdilli olmayanlar çoxlu çətinliklərlə qarşılaşırlar.

- *Təəssüflər olsun ki, AR dövlətinin anti-İslam proqramlarına aid xəbərləri və bu ölkənin müsəlmanlarının müqaviməti barədəki xəbərlər Türkiyədə öz əksini tapmır. Bu məsələni bir neçə ay bundan qabaq başa düşdüm və dostlarıma dedim ki, indiyə kimi Türkiyə dövlətininAmerikanın və onun müttəfiqlərinin dosu və itaətkarı olduğunu düşünürdüm. Amma indi görürəm ki, AR dövləti bu məsələdə Türkiyədən də öndədir və İsrailin qucağındadır.

- *Azərbaycanda islamofobiya  və orta məktəblərdə hicabın qadağan olması sionistlərin bu ölkəyə nüfuzu üzündəndir. Mən bu ölkənin vəziyyətindən narahatam və qərara gəlmişəm ki, İstanbulda konfrans təşkil etməklə Azərbaycan müsəlmanları barədə öz vəzifəmə əməl etmiş olum. Doktor *Səmədov kimi azəri islamçıları agah, fəal və azadlıqsevər insanlarıdır. Biz mütləq həmişə onların yanında olacağıq. Azərbaycan İslam Partiyasının sədr müavininin şəhadəti xəbərindən olduqca təsirləndim.

- *Mən ictimai xeyriyyəçilik işlərində çox fəaliyyət göstərirəm. Üç il müsəlmanların ən böyük bayramlarından olan Qurban bayramında Fələstin müsəlmanlarının və bir il Sudan müsəlmanlarının yanında olmuşam.

- *Suriya hadisələri və dövlətimizin bu məsələdə mövqei Türkiyədə ikitirəlik və ixtilaf yaradıb. Camaatın bir dəstəsi Ərdoğanın bu barədəki siyasətini dəstəkləyir. Amma mən və xalqın digər bir hissəsi Suriya hadisələrini sionistlərin hiyləsi olduğunu düşünürük və dövlətimizin ayıq olmasını istəyirik.

 

  • Yazılıb
  • da (də) 2012 Jul 15