Səfər zamanı bir sıra görüşlərlə yanaşı, ölkənin Xarici İşlər Nazirliyində mühüm müzakirələr də aparılmışdır
  /Aran Agentliyi
 
   Deyerler.org: Xəbər verildiyi kimi, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu Çexiyada işgüzar səfərdədir. Səfər zamanı bir sıra görüşlərlə yanaşı, ölkənin Xarici İşlər Nazirliyində mühüm müzakirələr də aparılmışdır. Bu müzakirələrdə insan haqları və demokratik inkişafla bağlı proseslərin təhlili edilmiş, vicdan məhbusları ilə bağlı durum barədə fikir mübadiləsi aparılmışdır.
  Bununla yanaşı, Çexiyanın insan haqları müdafiə qurumları və demokratik təsisatları ilə də məhsuldar ünsiyyətlər davam etdirilmişdir.
  Bu sırada Avropanın aparıcı insan haqları müdafiə qurumlarından olan People in Need təşkilatının rəhbəri Rostislav Valvoda, PASOS təşkilatının rəhbəri Jeff Lovitt, Opona təşkilatının İdarə Heyətinin sədri Marek Vocel ilə görüşlər xüsusi qeyd edilməlidir.
  İnsan haqları qurumları ilə görüşlərin mərkəzi mövzusu - hüquq və azadlıqların vəziyyəti, siyasi məhbuslar problemi, demokratiyanın inkişafı ilə bağlı proseslərin təhlili və geniş qarşılıqlı əməkdaşlıq perspektivləri olmuşdur.
  Həmçinin görüşlər zamanı müzakirə edilən əsas mövzu - bu günlərdə zindanda həyatını itirən hicab şəhidi Hacı Vaqifin faciəsi olmuşdur.