Tarix : 2012 Jul 16
Kod 31601

İranın nüvə alimlərinin terror amili: İsrail

İsrail indiyə kimi müharibə, sanksiya və ya danışıqlar kimi seçimlər etməyib
/Aran Agentliyi

CBS kanalının amerikalı jurnalisti və “Armaqedona qarşı casuslar” kitabının müəllifi Dan Rivo İranın nüvə alimlərinin terror edilməsində İsrailin birbaşa rola malik olması haqda daha artıq detallara aydınlıq gətirib.

Dan Rivo CNN kanalı ilə müsahibədə sionist İsrail rejiminin casusluq təşkilatı Mossad-ın tərkibində İranın nüvə alimlərini terror etmək üçün xüsusi terror bölməsinin olduğunu ifşa edərək, deyib: İsrail indiyə kimi müharibə, sanksiya və ya danışıqlar kimi seçimlər etməyib. Əksinə, İrana qarşı məxfi hərəkətlər həyata keçirib ki, Tehranda həyata keçirilən terror aktları bu hərəkətlərin bir hissəsidir.

D.Rivo öz kitabında da Mossad-ın bir sıra terror fəaliyyətlərinə o cümlədən Beyrut və Dəməşqdə həyata keçirdiyi terror aktlarına işarə edərək, ABŞ və İsrailin casusluq amillərinin davamlı olaraq İranın nüvə proqramının inkişafını yavaşlatmaq üçün bir-biriləri ilə əməkdaşlıq etdiklərini bildirib. Bu əməkdaşlıqlar “Stax.net” kimi kompüter viruslarının hazırlanması və iranlı alimlər haqda informasiya əldə etmək üçün araşdırmaların aparılmasını əhatə edir.

Armaqedona qarşı casuslar” kitabının müəllifi İsrail və Amerikanın İrana qarşı kompüter hücumları sahəsində əməkdaşlıq etmələri haqda da deyib: İsrailin Hərbi Kəşfiyyat İdarəsinin nəzdindən Aman adlı bir qrup fəaliyyət göstərir ki, bu qrup ABŞ-ın Milli Kəşfiyyat İdarəsi NSİ ilə əməkdaşlıq edir və bu əməkdaşlıq yolu ilə birgə formada kompüter virusları hazırlanır.

ABŞ və İsrailin İrana qarşı siyasətləri bir sikkənin iki üzüdür. Çünki, hər ikisi eyni yolda addımlayırlar və eyni məqsədi izləyirlər.

Obamanın dəfələrlə İsrail rəsmilərinə əminlik verdiyi kimi ABŞ ilə İsrail arasında ayrılmaz bağlar mövcuddur və bu əməkdaşlıqlar bu gerçəklikdən xəbər verir.

Həqiqətdə demək lazımdır ki, İranın regiondakı mühüm və təsirli mövqeyi həmçinin, İslami Oyanış kimi əzəmətli hərəkatın formalaşması və ABŞ-ın Yaxın Şərq siyasətlərinin məğlubiyyətə uğraması, İsrailin vəziyyəti ilə bağlı nigaranlıqlar ABŞ və İsrail arasında anti-İran birliyinin daha da möhkəmlənməsinə səbəb olub. Baxmayaraq ki, Obama zahirdə İsrailin İrana qarşı hədələri ilə birbaşa formada ayaqlaşmaq yerinə, İranla bağlı bütün seçimlərin masa üzərində olması siyasətinə daha çox üstünlük verir. Əlbəttə, ABŞ yaxşı bilir ki, İranı nüvə silahı əldə etməkdə ittiham etmək ağ yalandan başqa bir şey deyil. Həmçinin, Amerikanın özü NPT protokolunu pozan ən böyük tərəfdir və nüvə tərksilahı protokoluna əməl etməkdən çəkinməklə yanaşı, yeni nəsil nüvə silahlarının istehsalı üçün yüz milyardlarla dollar vəsait ayırır. Amerika həmçinin İsrailin nüvə silahları əldə etməsində başlıca rola malikdir və hal hazırda İsrail rejimi 300-dən çox nüvə başlığına malik olmaqla Yaxın Şərqdə yeganə nüvə təhlükəsi sayılır.

Belə bir şəraitdə İsrail rəsmiləri bir tərəfdən İrana qarşı militarist fikirlər səsləndirmək siyasətini izləyir, digər tərəfdən isə ABŞ ilə iş bölgüsü apararaq, İranın dinc məqsədlər üçün olan nüvə proqramı qarşısında maneələr yaratmağa çalışır.

İsrail başçıları ABŞ ilə ahəngdarlaşdırılmış siyasətdə  İranın nüvə alimlərini terror edir və “Stax.net” kimi kompüter viruslarından istifadə edərək, İranın inkişafına zərbə vurmaq istəyir. Bu siyasətin varlığını təsdiq edən bir nümunə olaraq demək lazımdır ki, İsrail rejiminin xarici işlər naziri Aviqdor Liberman cari ilin fevralında Amerikaya olan səfəri zamanı demişdi ki, İsrail bir çox seçimlərə malikdir.

İsrailin seçimlərindən biri təhdid və terror faktorundan istifadə etməkdir. İngiltərədə çıxan “Sunday Telegraph” həftəliyi bir müddət öncə Mossad casusluq təşkilatının İranın nüvə alimlərinin terror edilməsindəki rolunu ifşa edərək, yazmışdı: İsrailin casusluq təşkilatı Mossad-ın keçmiş sədri Meyr Doqanın “Kidon” terror qrupunun üzvləri ilə məxfi iclasında onları İranın nüvə alimlərinin terror edilməsi planı ilə tanış etmişdi. 2 ildən az bir müddətdə İranın 4 nüvə alimi və universitet müəllimi terror edildi.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi və səfiri Məhəmməd Xəzayi BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasının sədrinə və Qoşulmayanlar Hərəkatına ünvanlanmış məktubunda vurğulamışdı ki, İranın nüvə alimlərinin terror edilməsində xarici amillərin rolu var.

 

  • Yazılıb
  • da (də) 2012 Jul 16