Təhsil naziri Azərbaycanla İran arasında münasibətləri korlamağa çalışan qüvvələri pislədi
  /Aran Agentliyi
HaqqYolu - Təhsil naziri Misir Mərdanov Bakıda rəsmi səfərdə olan İranın təhsil naziri Həmidrza Hacıbabayini qəbul edib. 
 
İranın Bakıdakı səfirliyinin məlumatında deyilir ki, görüş zamanı azərbaycanlı tələbələrin İranda, iranlı tələbələrin Azərbaycanda təhsilinə mane olan problemlər müzakirə olunub.
 
Görüşdə dərsliklərlə məşğul olan birgə komissiyanın üzvləri də iştirak ediblər. Tərəflər bu komissiyanın fəaliyyətinin bərpasına tərəfdar olduqlarını bildiriblər. 
 
M.Mərdanov bildirib ki, iki ölkə arasında yaxşı münasibətlərin olmasını istəməyən qüvvələr var. Şəxsi əlaqələr və iki ölkənin rəsmi şəxslərinin tez-tez səfərləri bu cür səylərin qarşısını ala bilər. 
 
Azadliq.az