Mən çıxışdan əvvəl çox fikirləşdim ki, cəbhəni necə adlandırım ki, tam uyğun olsun və düşündüm ki, cəbhə o zaman bizim evimiz idi
  /Aran Agentliyi
Xəbər verdiyimiz kimi, 16 iyul tarixi AXC-nin yaranmasının 23-cü ildönümüdür. Bu münasibətlə ölkədə ictimai-siyasi xadimlərin, ziyalıların və sadə insanların iştirakı ilə tədbir keçirilir.
 
Tədbirdə söz AXC-ni təbrik etmək üçün DEVAMM sədri, İP-in Koordinasiya Şurasının üzvi Hacı İlqar İbrahimoğluna verilib. O bildirib ki, cəbhə dövründən danışmaq çox çətindir: "Çünki həmin dövr bizim yeniyetməlik illərinə təsadüf edirdi. Biz o zaman 10-cu sinifdə oxuyurduq və həmin vaxt biz mitinqlərə qatılırdıq.
 
Mən çıxışdan əvvəl çox fikirləşdim ki, cəbhəni necə adlandırım ki, tam uyğun olsun və düşündüm ki, cəbhə o zaman bizim evimiz idi. Orada hamı özünü çox rahat hiss edirdi. İnsan özünü evində necə hiss edirdisə, o cür də cəbhədə rahat hiss edirdi. Oranın öz qaydaları var idi. Orada bir qayda olaraq insanlar çalışırdılar ki, öz evlərini düşməndən qorusunlar. Orada fərqi yox idi, insanlar dillərinə görə, dinlərinə görə, milliyyətçi olmalarına və ya hansı dünyagörüşünə malik olmasına baxmayaraq, birgə idilər və cəbhəni öz evləri hesab edirdilər”.
 
Hacı İlqar çıxışı zamanı bugünlərdə şəhid olmuş Hacı Vaqifi də xüsusi olaraq anıb: "Bir məsələni qeyd etmək istəyirəm ki, bu yaxınlarda əziz inanclı insan Hacı Vafiq zindanda vəfat etdi. Onu burada xüsusi olaraq anmaq istəyirəm".
 
O, daha sonra qeyd edib: "Azərbaycanda indi siyasi elitada kimi araşdırsanız, görərsiniz ki, hər kəsin başlanğıcı cəbhə hərəkatından başlayır”.
 
Deyerler.org