Tarix : 2012 Jul 16
Kod 31619

AXC-nin 23 illiyi ilə bağlı tədbirdə hicab şəhidi Hacı Vaqif anıldı

Tədbirdə ictimai-siyasi xadimlər, ziyalılar çıxışlar edib
/Aran Agentliyi

Bu gün (16 iyul) AXC-nin yaranmasının 23-cü ildönümüdür. Bu münasibətlə AXCP tədbir keçirir. Tədbir saat 10:00-da Fəxri Xiyabanda Xalq Cəbhəsinin mərhum sədri Əbülfəz Elçibəyin məzarını ziyarət etməklə başlayıb. Saat 11-dən etibarən isə VHP-nin akt zalında tədbir davam edir.

Tədbirdə ictimai-siyasi xadimlər, ziyalılar çıxışlar edib. AXC-ni təbrik etmək üçün söz verilən növbəti çıxışçı DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu çıxışı zamanı hicab şəhidi Hacı Vaqifin zindanda  şəhadətinə toxunub. Tədbir iştirakçıları hicab şəhidini anıblar.

Deyerler.org

  • Yazılıb
  • da (də) 2012 Jul 16